Yelo Bank ASC
Home page
/
/
/
Bank proqram sisteminin inkişafı şöbəsində İT sistem üzrə analitik

Bank proqram sisteminin inkişafı şöbəsində İT sistem üzrə analitik

  • Yelo Bank ASC
  • 81k Həsən bəy Zərdabi, Bakı 1012, Azərbaycan
  • Full-time

18-11-2024

2K

Closed

Description

  • Bankın proqram təminatlarının dəstəklənməsi və onların düzgün işləməsini təmin etmək.
  • Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək.
  • Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq və ya yaxşılaşdırmaq üçün alternativ həllər təklif etmək.
  • Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım etmək.
  • Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması.
  • Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək.
  • Sistem tələblərinin təhlili, sənədləşdirilməsi və onların texniki komandaya ötürülməsi.
  • Müxtəlif sistemlər arasında inteqrasiyaların idarə edilməsi və optimallaşdırılması.
  • Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması.
  • Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak.
  • Biznes prosesin proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi.
  • Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi.
  • Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
  • Biznes proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması və tətbiqi.


Responsibilities

  • Müvafiq sahə üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi.
  • Bankda kredit və qeyri-kredit prosesləri və məhsulları qanunvericilik üzrə biliklər.
  • Yüksək analitik bacarıq.
  • Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması üzrə təcrübə.
  • Biznes proses üzrə test ssenarilərinin hazırlanmasında iştirak təcrübəsi.
  • CRM sistemləri ilə iş təcrübəsi.
  • BPM (Business Process Management) sistemləri ilə iş təcrübəsi.
  • Rus dili əlavə səviyyədə olan namizədlərə üstünlük veriləcəkdir.
  • Sistem analizi və inteqrasiya bacarıqları.
  • SQL və verilənlər bazası bilikləri.
  • Proqramlaşdırma dillərində (məsələn, Java, PL/SQL) anlayış və təcrübə arzuolunandır.
  • Sistem tələblərinin yazılması və təhlili üzrə təcrübə.
  • İnteqrasiya həlləri və sistemlər arasında əlaqələrin qurulması təcrübəsi.
  • Middleware, ESB (Enterprise Service Bus) və API Management sistemləri ilə iş təcrübəsi arzuolunandır
  • Web xidmətlər (SOAP, REST) və mikroservislər üzrə biliklər.
  • CI/CD, DevOps və avtomatlaşdırma təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

  •   Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •  Tibbi sığorta proqramına qoşulma
  •   Müasir idarəetmə sistemi və mehriban kollektiv


About this role

Apply Before

December 28, 2024

Job Posted On

November 18, 2024

Job Type

Full-time

Category

Finance, Business and Administration