Yelo Bank ASC
Home page
/
/
/
Təhlükəsizlik sistemləri üzrə mütəxəssis

Təhlükəsizlik sistemləri üzrə mütəxəssis

Today

126

Description

  • Bank obyektlərində videomüşahidə, mühafizə siqnalizasiyası və girişə nəzarət sistemlərinin texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək
  • Avadanlıqlarda yaranan nasazlıqları qeydiyyata almaq, ilkin diaqnostika aparmaq və nəticələri baş mütəxəssisə bildirmək
  • Planlı profilaktik baxışların, texniki xidmət və təmir işlərinin təşkilinə və icrasına dəstək vermək
  • Kameralar, qeydiyyat qurğuları, kontrollerlər, oxuyucular, sensorlar və digər texniki vasitələr üzrə uçot və inventar məlumatlarını yeniləmək
  • Podratçı təşkilatların obyektlərdə apardığı işlərin müşayiətində və görülmüş işlərin yoxlanılmasında iştirak etmək
  • Texniki aktların, nasazlıq jurnallarının, yoxlama siyahılarının və hesabatların hazırlanmasına kömək etmək
  • Təhlükəsizlik sistemlərində aşkar edilmiş risklər və çatışmazlıqlar barədə vaxtında məlumat vermək
  • Bank sirrinin, məxfi texniki məlumatların, giriş hüquqlarının və siqnalizasiya kodlarının qorunması qaydalarına riayət etmək

Requirements

  • Orta ixtisas və ya ali texniki təhsil
  • Texniki təhlükəsizlik sistemləri sahəsində minimum 1 (bir) il iş təcrübəsi
  • Rus dilini istifadəçi səviyyəsində bilmək (şifahi və yazılı)
  • IP şəbəkələrinin qurulması və işləmə prinsipləri haqqında biliklər
  • Texniki sənədlərlə işləmək bacarığı
  • Bankın filiallarına xidməti ezamiyyətlərə hazır olmaq
  • Məxfilik tələblərinə və bank sirrinin qorunması qaydalarına riayət etmək


Üstünlük veriləcək bilik və bacarıqlar

  • Dahua, Hikvision, ZKTeco, Paradox və Satel avadanlıqları ilə iş təcrübəsi
  • ZKBio CVSecurity və ya analoji proqram təminatları ilə işləmək bacarığı
  • Bank obyektlərinin texniki təhlükəsizlik sistemləri ilə iş təcrübəsi
  • MS Word, MS Excel proqramında işləmək və avadanlıqların elektron uçot reyestrini aparmaq bacarığı

About this role

Apply Before

November 25, 2026

Job Posted On

November 24, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

High school

Category

Finance, Business and Administration