Zəfər bağları

Feldşer

04-05-2025

214

Description

Şirkət: “Zəfər Bağları” MMC

Vakansiya: Feldşer

Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.


Xüsusi tələblər:

·     Tibb sahəsi üzrə orta-ixtisas təhsili

·     AR Səhiyyə Nazirliyi tərəfindən verilmiş sertifikat

·     İş təcrübəsi: Müvafiq sahə üzrə 1-2 il 

·     Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər) olan namizədlərə üstünlük veriləcəkdir.


Əsas vəzifə öhdəlikləri:

·     Təsərrüfatda ola biləcək zədələnmələr, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək

·     Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək

·     Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxslərin aidiyyəti üzrə tibbi müalicə profilaktika müəssisələrinə yönləndirilməsini təmin etmək

·     Təcili tibbi yardım şkafında, sahələrdə və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək


İş şərtləri:

·    İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)

·    Nahar şirkət tərəfindən təmin edilir

·    Bərdə və Ağdam rayonlarından iş sahəsinə avtobus ilə çatdırılma mövcuddur

·    İş yeri: Ağdam rayonu

·    Əmək haqqı ştat cədvəlinə uyğun olaraq


Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Responsibilities

About this role

Apply Before

June 4, 2025

Job Posted On

May 4, 2025

Job Type

Full-time

Experience

1-2 years

Category

Healthcare Services