Z
Home page
/
/
/
İnsan Resursları üzrə mütəxəssis

İnsan Resursları üzrə mütəxəssis

Today

147

Description

Şirkət: “Zəfər Bağları” MMC

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis

Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.


Əsas vəzifə öhdəlikləri:

·       ƏMAS və İSB portallarında əməliyyatların aparılması

·       İşçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, şəxsi işlərin hazırlanması, işçilərin onlayn əmək müqavilələrinin təsdiqlənməsi kimi İnsan Resurslarının əməliyyatlar funksiyası üzrə prosesləri icra etmək

·       Performansın idarəolunması və işçi qiymətləndirilməsi sisteminin təşkili və tətbiqində rol almaq

·       Təlim ehtiyaclarını müəyyən etmək və işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin planlaşdırılmasında iştirak etmək

İş şərtləri:

·       İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)

·       Nahar şirkət tərəfindən təmin edilir

·       Xankəndi və ya Bərdə şəhərində yaşayış yeri şirkət tərəfindən təmin edilir

·       İş yeri: Ağdam rayonu

·       Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır


Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Responsibilities

Namizədə dair tələblər:

Texniki bacarıqlar

·       Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı)

·       Azərbaycan Respublikası Əmək Məcəlləsi haqqında nəzəri biliklər

·       Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)

·       1C 8.3 üzrə biliklər

Yumşaq bacarıqlar

·       Ünsiyyət qurma bacarığı

·       Məsuliyyətli

·       Operativ

·       Dəqiq və diqqətcil

·       Nəticəyönümlü

Xüsusi tələblər:

·       Ali təhsil (bakalavr)

·       İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il

·       Qadın namizədlərə üstünlük veriləcəkdir

·       Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər, Gəncə, Mingəçevir və.s) olan namizədlərə üstünlük veriləcəkdir.

About this role

Apply Before

April 4, 2025

Job Posted On

March 17, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration