Şirkət: “Zəfər Bağları” MMC
Vakansiya: Suvarma operatoru
Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.
Namizədə dair tələblər:
Texniki bacarıqlar
· Dil bilikləri: Azərbaycan dili (əla)
· Suvarma və mexaniki qurğulardan istifadə bacarığı
· Elektrik cihazlarının təhlükəsiz istismarı qaydaları haqqında biliklər
Yumşaq bacarıqlar
· Məsuliyyətlilik
· Operativlik
· Dəqiq və diqqətcil
Xüsusi tələblər:
· Orta ixtisas təhsili
· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il
· Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər, Mingəçevir və.s) olan
namizədlər müraciət edə bilər
Əsas vəzifə öhdəlikləri:
· Suvarma qurğularının hərəkətinə nəzarət etmək, yaranmış nasazlıqları qısa müddətdə aradan qaldırmasını təmin etmək
· Suvarma qurğularına təlimata uyğun texniki qulluq işlərini icra etmək
· Bölmə rəhbərinin təlimatına uyğun suvarma qurğularını işə hazırlamaq, elektrik panelindəki elektrik açarların yoxlanması, nasosların üzərindəki manometrlərin işlək olmasını yoxlamaq, iş bitdikdən sonra nasosxana binasındakı bütün elektrik açarlarının söndürülməsini təmin etmək
· Nasosların yerləşdiyi quyularda su sızıntısının olmamasına nəzarət etmək
· Sahə və aparıcı aqronomların verdiyi aqronomik proqrama uyğun suvarmanı həyata keçirmək
· Suvarma qurğularının iş saatları, suvarma norması və elektrik sərfiyyatının gündəlik qeydiyyatını aparmaq
· Nasosxanada iş prosesində əməyin təhlükəsizliyi, sanitar-gigiyena şəraitinə, yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirir
İş şərtləri:
· İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
· Nahar şirkət tərəfindən təmin edilir
· İş yeri: Ağdam rayonu
· Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Apply Before
May 10, 2025
Job Posted On
April 9, 2025
Job Type
Full-time
Experience
1-2 years
Education
Vocational
"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
14-04-2025
778
"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
14-04-2025
619
Anonym ● Bakı, Azərbaycan
11-04-2025
548
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ● Bakı, Azərbaycan
11-04-2025
825