Kontakt Home

Kassir (Qusar)

  • Kontakt Home
  • Qusar, Azərbaycan
  • Полная занятость

11-10-2026

1.1K

Описание

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.


Vəzifə öhdəlikləri:


  •     Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
  •     Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
  •     Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
  •     Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
  •     Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
  •     Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.

Требования

Namizədə tələblər:


  •   Ali təhsil;
  •   Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
  •   Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
  •   Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
  •   Microsoft Office programları üzrə biliklərə malik olmalı;
  •   İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.


Biz nə təklif edirik?


  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  •     Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  •     Dinamik və müasir iş mühiti;
  •     Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
  •     Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.


İş şəraiti:


  • İş yeri: Qusar;
  • İş qrafiki: Növbəli.


Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

О вакансии

Конечный срок

November 10, 2026

Опубликовано

октябрь 11, 2026

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация