Azərbaycan Dəmir Yolları
Главная
/
/
/
İşarəvermə və rabitə üzrə elektrik mexaniki (Hacıqabul, Qarasu)

İşarəvermə və rabitə üzrə elektrik mexaniki (Hacıqabul, Qarasu)

Сегодня

447

Описание

  • Sahənin qurğularını nəzəri və əməli baxımdan bilmək, onları saz vəziyyətdə saxlamaq, habelə onlara xidmət göstərilməsini bacarmaq, quraşdırma-çilingərlik işlərini bilmək və qurğuların təmir, quraşdırma, tənzimləmə və elektrik ölçmə işlərini bacarmaq;
  • Kabel təsərrüfatını saz vəziyyətdə saxlayır.İstismar vaxtı keçmiş və ya kənar şəxslər tərəfindən zədələnən kabelləri yenisi ilə əvəz etmək, kabelləşmə işini təlimata və qaydalara uyğun həyata keçirmək;
  • Müəyyən olunmuş texnoloji proses cədvəli üzrə İMB qurğularına texniki xidmət göstərilməsi işlərini yerinə yetirmək, habelə qurğuların düzgün və fasiləsiz işini təmin etməklə, elektrik montyorları tərəfindən yerinə yetirilən işlərə nəzarət etmək;
  • İşlər yerinə yetirilərkən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə əməl olunmaqla qatarların təhlükəsiz hərəkətini təmin etmək;
  • İMB qurğularının nasazlığı haqqında bildiriş alan kimi, qəza alətlərini və ölçmə cihazlarını götürməklə, nasazlıq olan yerə qısa müddət ərzində gəlmək. Nasazlığı aradan qaldıran kimi elektrik mexaniki, həmin nasazlığın səbəblərini və aradan qaldırılması vaxtını göstərməklə, “Baxış jurnalı”nda müvafiq qeyd etmək;
  • Stansiya növbətçiləri ilə sıx təmasda olub, pult-tablonu nəzarətdə saxlamaq, lampaların dəyişdirilməsini və düymələrin tənzimlənməsini həyata keçirmək;
  • Öz biliklərini müntəzəm surətdə artırmaq və iş üsullarını təkmilləşdirmək, qurğulara xidmət göstərilməsinin qabaqcıl üsullarını mənimsəmək və tətbiq etmək, öz təcrübə və biliklərini tabeliyində olan işçilərə öyrətmək;
  • Öz sahəsinin qurğularının qış şəraitində işə hazırlığını vaxtlı-vaxtında yoxlamaq və təmin etmək;
  • Təhkim olunmuş sahədə qatarların təyin olunmuş sürətlə təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsinə və işçilərin təhlükəsizliyinə, İMB qurğularının təmiri və saxlanılması üzrə tapşırıqların keyfiyyətli yerinə yetirilməsinə, alətlərin, cihaz və mexanizmlərin effektli istifadə edilməsinə və vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşımaq;
  • Xidmət göstərdiyi sahənin hüdudlarında xüsusi briqa¬dalar, yaxud təşkilatlar tərəfindən təmir, tikinti-quraşdırma işlərinin icrası zamanı işlərin müəyyən olunmuş qaydada yerinə yetirilməsinə nəzarət etmək.

Требования

  • Müvafiq sahə üzrə orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dəmir yolu nəqliyyatının elektirikləşdirilmiş xətlərində işçilərin təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
  • İMB sahəsində olan qurğu və avadanlıqların quruluşunu, şərtləri və sxemləri haqqında bilikli olmaq;
  • Diqqətlilik, peşəkar ehtiyatlılıq, problem həll etmə bacarığı.

О вакансии

Конечный срок

May 23, 2026

Опубликовано

май 13, 2026

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Специалист

Категори

Логистика и Транспорт