Agrotrade Supply MMC

Silo Operatoru (Cəlilabad)

15-07-2025

317

Описание

Taxıl və un zavodunda silo operatoru daxil olan taxılın qəbulunu, siloya yerləşdirilməsini, saxlanmasını və istehsalata ötürülməsini təmin edir. Silo avadanlıqlarının (elevator, konveyer, ventilyator və s.) düzgün işləməsinə nəzarət edir, temperatur və rütubət göstəricilərini izləyir, məhsulun keyfiyyətini qoruyur və texniki təhlükəsizlik qaydalarına əməl edir.

Требования

Silo operatoru un və taxıl istehsalı prosesində siloya daxil olan və çıxan məhsulların təhlükəsiz və düzgün idarə olunmasına cavabdehdir. 

- Daxil olan taxılın qəbulunu, siloya ötürülməsini və yerləşdirilməsini təşkil etmək.

- Silodan un istehsal xəttinə və ya digər bölmələrə məhsulun düzgün boşaldılmasını təmin etmək.

- Elevator, konveyer, aerasiya və digər silo avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət etmək.

- Silo daxilində temperatur və rütubət göstəricilərini gündəlik izləmək və normadan kənar hallarda rəhbərliyə məlumat vermək.

- Taxılın keyfiyyətini qorumaq üçün təmizliyə və sanitariya qaydalarına riayət etmək.

- Gündəlik məhsul dövriyyəsini (gələn və gedən) dəqiq uçota almaq və hesabatları təqdim etmək.

О вакансии

Конечный срок

August 30, 2025

Опубликовано

июль 15, 2025

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Другой

Образование

Среднее образование

Категори

Промышленность и Сельское хозяйство