"Azərbaycan Hava Yolları" QSC
Главная
/
/
/
Gəlirlərin Optimallaşdırılması İdarəsi/ Tariflər üzrə Analitik

Gəlirlərin Optimallaşdırılması İdarəsi/ Tariflər üzrə Analitik

Сегодня

135

Описание

  • Tariflər üzrə Analitik ilkin uçuş və təyinat (OD) və satış nöqtəsi (POS) qrupları üzrə rəqabətli satış tarif cədvəllərinin hazırlanmasına, aviabilet tariflərinin və yığımların düzgün və keyfiyyətli daxil edilməsinə cavabdehdir;
  • Bu vəzifə analitik təfəkkürə, işgüzarlığa, mükəmməl ünsiyyət bacarıqlarına və rəqəmlərlə işləmək həvəsinə malik şəxslər üçün əla karyera seçimidir;
  • Tariflər üzrə Analitik dərc edilmiş tarif təşəbbüsləri ilə bağlı həm qısamüddətli, həm də uzunmüddətli sorğuları qiymətləndirəcək;
  • Tariflərin dəyişdirilməsi ilə bağlı rəy formalaşdırmaq üçün məlumatların təhlilini aparacaq;
  • Gəlirlərin İdarəedilməsi şöbəsi ilə məsləhətləşərək, şirkət siyasətinə uyğun əsaslandırmaları təsdiqləyəcək və müvafiq təklifləri dəstəkləyəcək;
  • Hədəflərlə müqayisədə fəaliyyət nəticələrini ölçəcək, mütəmadi olaraq nəzərdən keçirəcək və qiymət strategiyalarına dair tövsiyələr verəcək;
  • Tarif qiymətləri, kampaniya strategiyaları, planlaşdırma, rəqabət mühiti, paylama kanalları və istehlakçıların satınalma davranışlarını nəzərə alaraq, kəmiyyət təhlili vasitəsilə qiymət və idarələrarası strategiyalar hazırlayacaq və həyata keçirəcək. Bununla da gəlirin planlaşdırılması, təhlili, idarə olunması, izlənməsi və maksimum səviyyəyə çatdırılmasını təmin edəcək.

Требования

  • Ali təhsil;
  • Analitik fəaliyyət sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rəqəmlərlə yüksək səviyyədə işləmə bacarığı;
  • GDS, ATPCO və Infare proqramlarında bilik və təcrübə arzuolunandır;
  • Aviaşirkət iqtisadiyyatı və sənaye biznesinin əsas konsepsiyalarını anlama bacarığı;
  • İş prosesində daxil olan e-maillərə aydın və qısa şəkildə (ingilis dilində) cavab vermək, həm yazılı, həm də şifahi formada yüksək səviyyədə ünsiyyət bacarığı;
  • Komanda mühitində effektiv işləmə qabiliyyəti;
  • Əsas layihə və tərəfdaşlıq məsələlərini müəyyənləşdirmək, prioritetləşdirmək və icra etmək bacarığı;
  • Layihələrin idarə edilməsində diqqət və dəqiqlik nümayiş etdirmək;
  • Hədəflərə ardıcıl şəkildə çatmaq, yüksək nəticə və ölçülərə yönəlmiş komandalar formalaşdırmaq və onlara rəhbərlik etmək bacarığı;
  • Kompüter bilikləri: MS Word, Excel, PowerPoint və Outlook proqramlarında yüksək səviyyədə istifadə bacarığı.

О вакансии

Конечный срок

September 11, 2025

Опубликовано

сентябрь 4, 2025

Тип занятости

Полная занятость

Категори here

Другой