A

İşə qəbul və əmək münasibətləri üzrə baş mütəxəssis

10-10-2025

2.5K

Описание

Əmək funksiyaları:


1.    Holdinqin aparatı və tabeliyində olan müəssisələrin işçi ehtiyacı planlaşdırılması prosesinin effektiv qurulması və nəzarət edilməsində iştirak;

2.    Holdinqin aparatı və tabeliyində olan müəssisələrin təşkilatı strukturunun idarə edilməsi və təkmilləşdirilməsi prosesinə nəzarət edilməsində iştirak;

3.    Holdinqin aparatı və tabeliyində olan müəssisələrin ştatın idarə edilməsi prosesinə nəzarət edilməsində iştirak;

4.    Holdinqin tabeliyində olan müəssisələrdə işəmuzd və əməkhaqqı sistemlərinin effektiv və səmərəliliyinə nəzarət edilməsi;

5.    Holdinq tabeliyində olan müəssisələrdə əmək münasibətləri (işə qəbul, işdən azad, məzuniyyət və s.) fəaliyyətlərinin əmək qanunvericiliyinə uyğunluğuna nəzarət edilməsi;

6.    Holdinq aparatında və tabeliyində olan müəssisələrdə namizəd seçimi prosesinində iştirak etmə;

7.    Holdinqin tabeliyində olan müəssisələrdən müvafiq hesabatlılığının təmin edilməsi;

8.    Şöbə müdirinin tapşırığı əsasında şöbənin fəaliyyəti istiqamətində müvafiq dövrü hesabatların hazırlanması;

9.    Holdinq tabeliyində olan müəssisələrlə keçirilən şöbələrin fəaliyyəti ilə bağlı görüşlərdə iştirak etmək;

10. İR datanı, göstəriciləri və statistikanı toplamaq, qruplaşdırmaq və təhlil etmək;

11. Prediktiv təhlil və vizualizasiya üzərində çalışmaq;

12. Mövcud daxili datanı kənar statistik məlumatlar və meyarlar ilə müqayisə etmək;

13. İbtidai statistik təhlili aparmaq, trendləri aşkar etmək və holdinq daxili tövsiyələrin verilməsi;

14. Biznes təhlillərin yazılması və tələb olunan halda daha dərin tədqiqatların aparılması;

15. Holdinq daxili fəaliyyət nəticələrini nəzarətdə saxlamaq;

16. Qrupdaxili HR ERP rəqəmsal platformasının fəaliyyətində dəstək, müvafiq təhlillərin aparılması və platformanın təkmilləşdırilməsi;

17. İnsan Resursları hesabatlarını, onların ölçmə və izləmə vasitələrini yaratmaq;

18. Biznes strategiyasına uyğun olaraq İR layihələri və təşəbbüslərini analiz etmək və yenidən formalaşdırmaq

19. İcra olunan iş yükünü, çətinlikləri, riskləri və təklif olunan dəyişiklikləri analiz etmək.

Требования

Tələblər:


Kvalifikasiya tələbləri:

  • Təhsil pilləsi: Bakalavr (magistr dərəcəsi olması arzuolunandır);
  • Təhsil istiqaməti: İnsan resurslarının idarə edilməsi, hüquq, iqtisadiyyat, idarəetmə (menecment), biznesin idarə olunması və digər uyğun sahələr;

·      İş təcrübəsi: 7 il müvafiq sahə üzrə iş stajı; 1 il müvafiq sahə üzrə baş mütəxəssis vəzifələrində iş stajı və İR və ya biznes data təhlilində 3 + il təcrübə;

·      Dil bilikləri: Azərbaycan dili (ana dili səviyyəsində), İngilis dili yaxşı səviyyədə. Rus dili biliyi üstünlükdür;

·      Data bazaları texnologiya və alətləri ilə, datanın yerləşdirilməsi, transformasiyası və prosesləşdirilməsində təcrübə;

·      Kompüter bilikləri: Microsoft Office proqramları (MS Word, MS Excel, MS Power Point, MS Outlook, MS Visio) sərbəst işləmək bacarığı;  Power BI üstünlükdür;

·      İnsan resurslarının idarə edilməsi sahəsində sertifikatlar (SHRM, HRCI, CIPD və s.) arzuolunandır.

 

Vəzifənin tələb etdiyi səriştələr:


·      Nəticə yönümlülük;

·      Komanda ruhu;

·      Kommunikasiya;

·      Problem həll etmək;

·      Dəyişikliklərə uyğunlaşmaq;

·      Data analitika;

·      Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı;

·      Biznes təhlil üçün istifadə olunan real data ilə iş səriştəsi;

·      Yüksək səviyyədə tədqiq etmək bacarığı;

·      Riskləri idarə etmək;

·      Strateji düşünmək;

·      Prosesləri idarə etmək;

·      Qərar qəbul etmək;

·      İş qüvvəsinin planlaşdırılması səriştəsi;

·      Əmək məcəlləsi;

·      Nazirlər kabetinin əmək qanunvericliyi ilə bağlı normativ aktları;

·      Vahid Tarif İxtisas Sorğu kitabçası;

·      Ştat cədvəli və təşkilatı strukturun idarə edilməsi;

·      Əməyin ödənilməsi qaydası;

·      Əmək Məcəlləsi;

·      İnsan resursları sahəsi üzrə digər müvafiq normativ hüquqi sənədlər və təlimatlar.

О вакансии

Конечный срок

November 19, 2025

Опубликовано

октябрь 10, 2025

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация