A

İstehsalatın Planlanması Departamentinin direktoru

04-07-2025

686

Описание

Müdafiə sənayesi sahəsində fəaliyyət göstərən Azərsilah Holdinq QSC, yüksək ixtisaslı   kadrların peşəkar inkişafına önəm verərək strateji yanaşmalarla fəaliyyətini genişləndirməkdədir. Müəssisə olaraq, istehsal proseslərinin effektivliyini təmin edən, strateji düşüncəyə malik və rəhbərlik bacarıqları olan mütəxəssisləri komandamıza cəlb etməyi prioritet hesab edirik. 


Bu çərçivədə hazırda İstehsal Planlama Departamentinin Direktoru vəzifəsinə yeni əməkdaş axtarırıq. Əgər siz istehsalat planlaşdırılması sahəsində geniş təcrübəyə malik,    komanda idarəetməsində bacarıqlı və qərarvermədə çevik bir lidersinizsə, uğurlu layihələrin bir parçası olmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik !


VƏZİFƏNİN TƏSVİRİ


· İstehsalın strateji planlaşdırılmasını həyata keçirmək və planlama komandasına rəhbərlik etmək;

· İstehsal qrafiklərinin tərtibinə və icrasına nəzarət etmək, plan və fakt arasında fərqləri     analiz edərək inkişaf tədbirləri təklif etmək;

· İstehsalın effektivliyini artırmaq məqsədilə hədəflər üzrə Əsas Fəaliyyət Göstəriciləri (KPI) sistemlərini qurmaq, təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək;

· İstehsal resurslarının (xammal, işçi qüvvəsi, avadanlıq) optimal istifadəsini təmin etmək üçün təhlillər aparmaq və prosesləri yenidən dizayn etmək;

· Araşdırma və inkişaf (R&D), satınalma, keyfiyyət və digər əlaqədar şöbələrlə əməkdaşlığı təmin edərək yeni layihələrin istehsalata inteqrasiyasına rəhbərlik etmək;

· İstehsal marşrutlarının yaradılması və təkmilləşdirilməsi prosesinə nəzarət etmək;

· Müvafiq ERP sistemində istehsal planlanması üzrə məlumatların düzgünlüyünü və aktuallığını təmin etmək, komandaya bu sahədə rəhbərlik etmək;

· Materialların təminatı ilə bağlı risklərin proqnozlaşdırılması və qarşısının alınması məqsədilə material planlama və satınalma şöbələri ilə koordinasiyanı yüksək səviyyədə həyata keçirmək;

· İstehsal planlama mühəndislərindən ibarət komandanı idarə etmək, inkişaf etdirmək və  nəticə yönümlü fəaliyyətə təşviq etmək.

Требования

KVALİFİKASİYA TƏLƏBLƏRİ 


· Təhsil pilləsi (minimum): Müvafiq sahə üzrə ali təhsil bakalavr dərəcəsi (Sənaye, əməliyyatların idarə edilməsi, sistem mühəndisliyi və ya əlaqəli sahə üzrə)

· Magistr dərəcəsinə üstünlük verilir;

· İş təcrübəsi (minimum): Ağır sənaye üzrə minimum 8 illik istehsal və planlaşdırma təcrübəsi (rəhbər vəzifədə ən az 4 il). Metallurgiya üzrə rəhbər vəzifədə iş təcrübəsinin olması  üstünlükdür.


VƏZİFƏNİN TƏLƏB ETDİYİ FUNKSİONAL SƏRİŞTƏLƏR:


· İstehsal proseslərinin planlaşdırılması və idarə olunması;

· Material ehtiyaclarının planlaşdırılması (MRP);

· Resurs planlaşdırması;

· Keyfiyyətə nəzarət və davamlı təkmilləşdirmə;

· Müvafiq ERP və planlaşdırma (proqnozlaşdırma/tələb təxminləri) proqramlarından istifadə bacarığı

· Məlumatların təhlili və hesabatların hazırlanması;

· İstehsal planlaşdırması, resurs və material idarəçiliyi, iş sifarişləri və istehsal gedişatının nəzarəti sahəsində geniş bilik;

· Sahə üzrə idarəetmə sistemlərinin qurulması və təkmilləşdirilməsi


VƏZİFƏNİN TƏLƏB ETDİYİ DAVRANIŞ SƏRİŞTƏLƏRİ:


· Məqsədyönümlülük;

· Nəticəyönümlülük

· Analitik düşünmə qabiliyyəti;

· Problemi həll etmək bacarığı;

· Ünsiyyət bacarığı;

· Məsuliyyətli və punktual olmaq;

· Yaxşı liderlik bacarıqları və effektiv komanda idarəçiliyi;

· Planlaşdırma və təşkiletmə bacarığı.

О вакансии

Конечный срок

August 13, 2025

Опубликовано

iyul 4, 2025

Тип занятости

Полная занятость

Категори

Промышленность и Сельское хозяйство