Baku Holiday Travel

Tur üzrə Satış Meneceri

11-06-2026

90

Описание

Əgər turizm sahəsində satış təcrübəniz, güclü ünsiyyət bacarıqlarınız və müştərilərlə peşəkar işləmək qabiliyyətiniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.


Vəzifə öhdəlikləri

  • Müştərilərin sorğularını operativ şəkildə cavablandırmaq və uyğun tur paketləri təklif etmək
  • Otel, aviabilet, transfer, sığorta və digər turizm xidmətlərinin rezervasiyasını həyata keçirmək
  • Fərdi və qrup turlarının hazırlanması və satışını təşkil etmək
  • Müştərilərə viza prosedurları, səyahət qaydaları və tur proqramları barədə ətraflı məlumat vermək
  • Bilet, otel rezervasiyası, sığorta və viza sənədlərini təşkil etmək
  • Müqavilə və ödəniş sənədlərini hazırlamaq
  • Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
  • Satış hədəflərinin icrasında aktiv iştirak etmək
  • Sosial media və digər satış kanalları vasitəsilə müştəri cəlb edilməsinə dəstək olmaq
  • Tur zamanı yaranan problemləri həll etmək
  • Müştərinin təhlükəsiz və rahat səyahətini təmin etmək
  • Günlük satış və görülən işlər üzrə hesabatları hazırlamaq və 1C proqramına daxil etmək
  • Həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək

Требования

  • Turizm, menecment vəya alternativ ixtisas üzrə ali təhsil
  • Turizm sahəsində minimum 1-3 il iş təcrübəsi
  • Satış və ünsiyyət bacarıqlarının yüksək olması
  • Müştəri yönümlü və nəticə fokuslu yanaşma
  • Populyar turizm destinasiyaları üzrə geniş bilik və şəxsi səyahət təcrübəsi
  • Fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində iştirak təcrübəsi
  • Amadeus, Galileo, Sabre və digər rezervasiya sistemləri ilə işləmək bacarığı
  • Şəxsi satış portfeli və ya korporativ müştəri bazasının olması
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dillərinin azı biri üçün minimum B2 səviyyəsi
  • Aylıq satış hədəflərini icra etmə və satış nəticələri üzrə hesabatlılıq təcrübəsi
  • Yüksək təqdimat və danışıqlar aparmaq bacarığı
  • Müştəri etirazlarının idarə olunması və problem həll etmə bacarığı
  • Stress altında işləmək və operativ qərar vermək bacarığı
  • MS Office proqramları ilə işləmə bacarığı

О вакансии

Конечный срок

July 11, 2026

Опубликовано

июнь 11, 2026

Тип занятости

Полная занятость

Категори

Продажи и Обслуживание Клиентов

Льготы и преимущества

  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Peşəkar və dinamik komanda mühiti
  • Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi