Vəzifə haqqında
Şirkətin dövlət qurumları, ictimai təşkilatlar, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə əlaqələrinin inkişaf etdirilməsi və idarə olunması istiqamətində çalışacaq təcrübəli və strateji düşüncəyə malik Public Affairs Manager axtarırıq.
Namizəd dövlət siyasəti, qanunvericilik və tənzimləyici dəyişiklikləri izləməli, institusional əməkdaşlıq imkanlarını müəyyənləşdirməli və şirkətin maraqlarına uyğun kommunikasiya və əlaqələr strategiyalarının hazırlanmasında iştirak etməlidir.
Əsas vəzifə öhdəlikləri
Namizədə tələblər:
· Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Hüquq, Siyasi elmlər, İqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
· Dövlət siyasəti və qanunvericilik prosesləri haqqında biliklər;
· Analitik araşdırma və məlumatların sistemləşdirilməsi bacarığı;
· Rəsmi yazışmaların, hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə;
· Güclü kommunikasiya, danışıqlar aparmaq və təqdimat bacarıqları;
· Strateji düşünmə və maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı;
· Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
· Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və məxfi məlumatlarla işləmək bacarığı.
Təklif edirik
· Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
· Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
· Strateji əhəmiyyətli layihələrdə iştirak imkanı;
· Dövlət və özəl sektor arasında əməkdaşlıq təşəbbüslərində iştirak;
· Peşəkar və dinamik iş mühiti;
· Beynəlxalq və institusional əməkdaşlıq imkanlarının genişləndirilməsi.
Конечный срок
December 24, 2026
Опубликовано
ноябрь 24, 2026
Тип занятости
Полная занятость
Опыт
1-2 лет
Уровень карьеры
Специалист
Образование
Бакалавр
Зарплата
2600 - 2900 AZN

Karaca ● Bakı, Azərbaycan
21-11-2026
1.7K
Renov' Europe ● London, United Kingdom
16-11-2026
19.2K
Yunik Furniture MMC ● Bakı, Azərbaycan
18-11-2026
1.7K

2GİS ● Bakı, Azərbaycan
20-11-2026
1.1K