Описание

·      İT layihələrində maraqlı tərəflərlə (stakeholder) keçirilən ilkin görüşlərdə iştirak etmək

·      Layihələrin başlanğıcında analiz yol xəritəsini hazırlamaq

·      İT layihələrinin tələblərinin toplanması, texniki tapşırıqların hazırlanması və texniki komandaya ötürməsi prosesində mütəxəssis və aparıcı mütəxəssislərə bələdçilik etmək

·      G2G, G2B, G2C biznes modellərini anlamaq və həll yolları vermək

·      Mövcud biznes proseslərini və mövcud rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək

·      Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək

·      Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması və hazırlanmasında dəstək olmaq)

·      Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək

·      Sistem dizaynı tələblərini müəyyənləşdirmək, sistem dizaynında daha yaxından iştirak etmək

·      Digər mütəxəssislərin kariyera inkişafında bələdçilik etmək

 

Требования

  • Ali təhsil: Biznesin idarə olunması, İnformasiya sistemləri və ya əlaqəli sahələr üzrə
  • Minimal təcrübə tələbi: 4 il, xüsusilə rəqəmsal transformasiya sahəsində, G2B layihələrdə
  • Minimal olaraq “Upper Intermediate" səviyyəsində İngilis dili, Rus dili biliyi arzu olunandır
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı.
  • Figma, Jira, Confluence kimi alətlərlə işləmək bacarığı
  • Sistem dizayn biliklərinin olması vacibdir
  • DataBase texnologiyaları ilə yüksək səviyyədə işləmə qabiliyyəti
  • BPMN, UML kimi modelləşdirmə dilləri haqqında yüksək səviyyədə biliklər
  • Camunda üzrə biliklərin olması
  • Postman və/və ya Swagger kimi alətlərlə işləmək
  • BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları
  • Dataları sorğulayaraq onları analiz edib mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması bacarığı
  • Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik üstünlükdür.
  • İxtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür.
  • Low-code platformalar, CMS idarəetməsi və API əsaslı xidmət inteqrasiyası sahəsində güclü biliklər
  • Müxtəlif funksional komandalarla işləmə və mürəkkəb tələbləri miqyaslana bilən platforma funksiyalarına çevirmə bacarığı
  • Yüksək səviyyədə analitik düşüncə və problem həll etmə qabiliyyəti
  • Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq
  • Dəyişikliklərə uyğunlaşma bacarığı

О вакансии

Конечный срок

October 13, 2025

Опубликовано

сентябрь 3, 2025

Тип занятости

Полная занятость

Категори here

Наука, Технологии, Инженерия