İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Главная
/
/
/
Data keyfiyyətinin təhlili üzrə baş mütəxəssis

Data keyfiyyətinin təhlili üzrə baş mütəxəssis

28-07-2026

275

Описание

  • Data keyfiyyəti standartlarının, qaydalarının və göstəricilərinin (KPI/metrics) müəyyən edilməsi və qiymətləndirilməsi 
  • Müxtəlif mənbələrdən daxil olan məlumatların keyfiyyət auditinin aparılması  
  • Data keyfiyyəti problemlərinin aşkarlanması, kök səbəblərinin təhlili və aradan qaldırılması üçün tövsiyələrin verilməsi 
  • Data aktivlərinin keyfiyyəti ilə bağlı hesabatlar hazırlanması 
  • Struktur bölmələr və IT komandaları ilə əməkdaşlıq edərək məlumat təmizləmə proseslərinin qurulması 
  • Yeni məlumat mənbələrinin inteqrasiyası zamanı keyfiyyət yoxlamalarının aparılması 
  • Data keyfiyyəti sahəsində ən yaxşı təcrübələrin və beynəlxalq standartların (“DAMA-DMBOK”, “ISO 8000” və s.) öyrənilməsi və tətbiqi 
  • Əsas dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların dürüstlüyü, bütövlüyü, dəqiqliyi üzrə qiymətləndirmələr və təhlillər aparılması, çatışmazlıqların müəyyənləşdirilməsi, həll təkliflərinin formalaşdırılması və hesabatın hazırlanması 
  • Əsas dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların dairəsinin və uyğunsuzluqların müəyyən edilməsi, habelə uyğunsuzluqlarının aradan qaldırılması və məlumat səhvləri ilə bağlı müraciətlərin sayının azaldılmasının monitorinq edilməsi 

Требования

  • Ali təhsil (İnformatika, Statistika, Riyaziyyat və ya oxşar sahə)
  • Data keyfiyyəti, data analitikası və ya data idarəçiliyi sahəsində minimum 5+ illik iş təcrübəsi 
  • SQL üzrə güclü bilik; OpenMetadata və Python kimi vasitələrlə iş təcrübəsi arzuolunandır 
  • Data profilləşdirmə (data profiling) və data təmizləmə vasitələri ilə işləmə bacarığı 
  • Excel/Power BI/Tableau/Superset kimi hesabatlıq alətlərində təcrübə 
  • Analitik təfəkkür və detallara diqqət etmə 
  • Təşkilat daxilində və xaricindəki maraqlı tərəflər ilə işləmək bacarığı 
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı 
  • Data idarəçiliyi və ya data keyfiyyəti üzrə beynəlxalq sertifikatlar (CDMP, ISO 8000 və s.) üstünlük təşkil edir 

О вакансии

Конечный срок

August 27, 2026

Опубликовано

июль 28, 2026

Тип занятости

Полная занятость

Опыт

5-8 лет

Уровень карьеры

Специалист

Категори

Финансы, Бизнес и Администрация