İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Главная
/
/
/
Rəqəmsal məhsullara dəstək şöbəsinin müdiri

Rəqəmsal məhsullara dəstək şöbəsinin müdiri

19-02-2026

876

Описание

  • Mütamadi təkrarlanan problemlər üçün standart həll yollarının (“knowledge article”) yaradılmasının, FAQ və “runbook"ları yenilənməsinin, şöbədə biliyin paylaşılmasının təmin edilməsi;  
  • Rəqəmsal məhsullar üzrə daxil olan müraciətlərin ilkin təsnifatının aparılması, onları prioritetləşdirilməsi və L2 səviyyəli sorğuların SLA daxilində həllinin təmin edilməsi;
  • ITIL prinsiplərinə (İnsident, Problem, Dəyişiklik, IT Asset və Bilik idarəetməsi) uyğun olaraq proseslərin formalaşdırılması və Jira/Manageengine/ServiceNow kimi ITSM alətlərində ticket həyat dövrünü idarə edilməsi;
  •  Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətin planlanması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;
  • Əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi, qiymətləndirmələrinin aparılması;
  • Komanda performansını ölçmək məqsədilə orta insident həll vaxtı (MTTR), sistemin orta nasazlıq müddəti (MTTF) və sistemin orta nasazlıqlararası müddəti (MTBF) kimi göstəricilərin toplanması və təhlil edilməsi;
  • Yaranan insidentlərin İnformasiya təhlükəsizliyi departamenti ilə birgə təhlükəsizlik aspektlərinin yoxlanılması, zəruri hallarda log araşdırmaların aparılması və riskli vəziyyətlərin aradan qaldırılmasının təmin ediməsi;
  • İT texniki dəstəyin göstərilməsi üçün müvafiq avadanlıqların, proqram təminatların qurulmasının və fəaliyyətinin təşkil edilməsi;
  • Şöbəyə aid prosedur və qaydaların hazırlanmasının təşkili, onların yerinə yetirilməsinə və inkişafına, davamlılığlının icrasına nəzarət edilməsi;
  • Şöbənin fəaliyyəti üçün zəruri olan maddi-texniki ləvazimatlara dair tələblərin müəyyən edilməsi və büdcə icrasının izlənməsi;
  • Rəhbərliyin tapşırığına əsasən fəaliyyəti üzrə arayışlar, hesabatlar, məlumatlar hazırlanması və araşdırmaların, yoxlamaların aparılması;

Требования

  • ali təhsil (magistr təhsili arzuolunandır);
  • minimum 7 il iş stajı;
  • kompüter, ƏS, şəbəkə;
  • İTSM;
  • İngilis dili B2 səviyyəsi;
  • ITIL v4 çərçivəsi və prinsipləri üzrə səriştəlilik;
  • Hadisələrin və problemlərin idarə edilməsi, dəyişikliklərin və xidmət səviyyəsinin idarə edilməsi;
  • İT Yardım Masası, L2 Dəstək və ya İT Xidmətlərinin İdarə Edilməsi sahəsində minimum 3 illik təcrübə
  • Genişmiqyaslı (500+ istifadəçi) infrastruktur mühitlərində dəstək qruplarının idarə edilməsində təcrübə.

О вакансии

Конечный срок

March 21, 2026

Опубликовано

февраль 19, 2026

Тип занятости

Полная занятость

Опыт

5-8 лет

Уровень карьеры

Руководитель

Образование

Бакалавр

Категори

Наука, Технологии, Инженерия