İş yerlərində peşə sağlamlığı, əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi üzrə yoxlamaların aparılması, çatışmazlıq və uyğunsuzluqların aşkar edilməsi;
Aşkar edilmiş çatışmazlıqların və uyğunsuzluqların əsasında fəaliyyət planının hazırlanması və görüləcək tədbirlərin müəyyən edilməsi;
Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə sənədləşmə işlərinin görülməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə əmr nümunələrinin hazırlanması və İnsan Kapitalı üzrə əməliyyatlar şöbəsinə təqdim edilməsi;
SƏTƏM üzrə siyasət sənədinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ümumi təlimatların (giriş, ilk tibbi yardım, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi) hazırlanması;
İşçilərə, təcrübəçilərə, Agentliyə gələn ziyarətçilərə və Agentliyin ərazisində işləyən podratçı şirkətlərin nümayəndələrinə SƏTƏM üzrə giriş təlimatının keçirilməsi;
İş yerlərində yaşana biləcək bədbəxt hadisələrin ehtimalını minimuma endirmək üçün görülən işlərə SƏTƏM üzrə nəzarət edilməsi və müvafiq tədbirlərin görülməsi;
Bədbəxt hadisələrin – iş qəzalarının və peşə xəstəliklərinin araşdırılması, onların uçotu və qeydiyyatının aparılması;
İş yerlərinin ilk tibbi yardım çantaları ilə təmin olunmasının təşkili və işçilərə onların içərisindəki ləvazimatlardan istifadə qaydalarının izah edilməsi;
İş yerlərində təxliyə planlarının tərtib edilməsi və yenilənməsi prosesində iştirak;
İş yerlərində mövcud olan yanğınsöndürmə vasitələrinin – yanğın şlanqları, hidrantları və balonlarının istifadəyə yararlılığının yoxlanılması prosesində iştirak;
İş yerlərində işçilərin fövqəladə hallara hazırlığı məqsədilə yanğın məşqlərinin keçirilməsi;
İşçilərə alınan xüsusi işçi geyimlərinin və Fərdi Mühafizə Vasitələrinin (FMV) tələblərə uyğunluğunun yoxlanılması və düzgün şəraitdə saxlanılmasına nəzarət edilməsi;
İşçilərin iş avadanlıqları və iş alətləri ilə işləyərkən əməyin təhlükəsizliyi və iş zamanı yarana biləcək yanğın təhlükəsizliyi tədbirlərinin tətbiq edilməsi;
Agentliyə elektron sənəd dövriyyəsi vasitəsilə və xidməti məktub şəklində SƏTƏM ilə bağlı daxil olan müraciətləri - ərizə, təklif və şikayətləri araşdırılması və cavablandırılması.
Требования
Ali təhsil;
SƏTƏM sahəsində 1 ildən 3 ilədək iş təcrübəsi;
SƏTƏM üzrə hər hansı bir sertifikatın olması;
SƏTƏM üzrə təlimçilik qabiliyyəti;
SƏTƏM üzrə sənədləşmənin aparılması bacarığı;
İş yerlərində SƏTƏM üzrə dövri yoxlamaların aparılması bacarığı;
Yanğın-təxliyə məşqlərinin təşkili qabiliyyəti;
SƏTƏM ilə bağlı rəsmi-işgüzar üslubda yazışma və daxil olan rəsmi müraciətlərin xidməti məktublarla cavablandırılması bacarığı.