Mətanət A Şirkətlər Qrupu

Mexanika Mühəndisi

Вчера

155

Описание

  • Mexaniki avadanlıqların, maşınların, sistemlərin və qurğuların texniki layihələndirilməsini həyata keçirir;
  • İstehsalat və ya texniki xidmət sahəsində avadanlıqların texniki vəziyyətinə nəzarət edir;
  • Planlı profilaktik baxış və təmir cədvəllərini tərtib edir və onların icrasına nəzarət edir;
  • Mexaniki avadanlıqların nasazlığını aşkarlayır, səbəbləri təhlil edir və aradan qaldırılması üçün tədbirlər planı hazırlayır;
  • Yeni texnoloji proseslərin və avadanlıqların tətbiqi zamanı texniki sənədləşməni (eskiz, cizgi, spesifikasiya və s.) hazırlayır;
  • Təmir və istismar işləri zamanı texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarət edir;
  • Enerji və resurs sərfiyyatının azaldılması məqsədilə mexaniki sistemlərin optimallaşdırılması üzrə təkliflər verir;
  • Avadanlıqların texniki pasportlarını və istismar jurnallarını aparır;
  • Mexanik briqadalarının fəaliyyətinə rəhbərlik edir, işlərin koordinasiyasını təmin edir;
  • İstismar zamanı yaranan qəza hallarının aradan qaldırılması prosesində iştirak edir və hesabat hazırlayır;
  • Təchizat şöbəsi ilə birlikdə ehtiyat hissələrinin alınması və uçotu prosesində iştirak edir;
  • Müəssisənin texniki inkişafı və modernləşdirilməsi ilə bağlı təkliflər verir.

Требования

  • Mexanika mühəndisliyi, Maşınqayırma və ya oxşar sahə üzrə ali təhsil;
  • İstehsalat müəssisəsində mexaniki avadanlıqlarla iş üzrə minimum 3–5 il iş təcrübəsi;
  • Mexaniki avadanlıqların iş prinsipləri, quruluşu və texniki xidmət metodları üzrə biliklər;
  • Planlı profilaktika, təmir və istismar proseslərinin təşkili üzrə təcrübə;
  • Nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə praktiki bilik və bacarıqlar;
  • Texniki sənədləşmə (eskiz, cizgi, spesifikasiya və s.) hazırlamaq və oxumaq bacarığı;
  • Texniki təhlükəsizlik normalarını və istehsalat standartlarını bilmək;
  • Güclü analitik düşüncə, problem həll etmə bacarığı və məsuliyyətli iş yanaşması.


İş şəraiti:


  • İş qrafiki: Həftədə 1 gün istirahət;
  • Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).

О вакансии

Конечный срок

December 14, 2025

Опубликовано

ноябрь 4, 2025

Тип занятости

Полная занятость

Категори

Наука, Технологии, Инженерия