PASHA Bank
Главная
/
/
/
Aktiv və Passivlərin İdarəedilməsi Şöbəsinə Faiz Riskləri üzrə Baş analitik

Aktiv və Passivlərin İdarəedilməsi Şöbəsinə Faiz Riskləri üzrə Baş analitik

  • PASHA Bank
  • Bakı Ağ Şəhər, Bakı, Azərbaycan
  • Полная занятость

04-05-2026

449

Описание

·       Müxtəlif maliyyə alətləri və biznes xətləri üzrə faiz dərəcəsi riskinə məruz qalmaları təhlil etmək;

·       Faiz dərəcəsi riskindən qorunmaq üçün hedcinq əməliyyatları aparmaq və təşkilatın risk-gəlir profilini optimallaşdırmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək;

·       Faiz dərəcələrinin dəyişməsini və onların təşkilatın maliyyə nəticələrinə təsirini izləmək;

·       Faiz dərəcəsi riskinin idarə edilməsi üzrə requlyator qaydalara uyğunluğu izləyir və bu uyğunluğun təmin edilməsi üçün müvafiq addımlar atmaq;

·       Faiz dərəcəsi riskinə məruz qalmaları və təsirlərin azaldılması yönündə strategiyaları hazırlayaraq yüksək səviyyəli rəhbərliyə çatdırmaq və müvafiq maraqlı tərəflərlə bölüşmək;

·       FTP metodologiyalarının hazırlanmasında yaxında iştirak edir və faiz riskləri yönündən metodoloji təkliflər hazırlamaq;

·       Faiz risklərindən qorunmaq üçün müvafiq modellər (EVE və NII) hazırlayaraq simulyasiyaları APİK komitəsinə periodik olaraq təqdim etmək;

·       Müxtəlif modellər və proqnozlaşdırma işlərini təşkil edir və bir başa rəhbərə təqdim etmək;

·       Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatlarının hazırlanması təmin etmək;

·       Mütəxəssis və kiçik mütəxəssislərin işinin düzgün yönləndirilməsində iştirak etmək;

·       Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Требования

·       Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;

·       Faiz dərəcəsi riskinin idarə edilməsi prinsipləri və requlyator tələblər haqqında güclü anlayış;

·       Maliyyə təhlili və modelləşdirmə bacarıqlarına sahib olmaq;

·       Faiz dərəcəsi üzrə törəmə maliyyə alətləri və hedcinq strategiyaları haqqında biliklər;

·       Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya əlaqəli sahədə ixtisaslaşma;

·       Faiz dərəcəsi riskinin ölçülməsi və təhlili alətləri ilə təcrübə;

·       Yüksək səviyyədə analitik və problem həll etmə bacarığı;

·       Maliyyə modelləşdirmə və kəmiyyət təhlili üsullarında qabaqcıl biliyə sahib olmaq;

·       Faiz dərəcəsi riskinin idarə edilməsi ilə bağlı normativ tələblərlə tanışlıq;

·       IRRBB prinsipləri üçün mürəkkəb requlyator təlimatları şərh etmək və tətbiq etmək bacarığı;

·       Mühasibat uçotu prinsipləri və maliyyə hesabatı standartları, xüsusən də faiz dərəcəsi riski ilə bağlı biliklər.

О вакансии

Конечный срок

June 3, 2026

Опубликовано

май 4, 2026

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация