Özəl Bankçılıq üzrə Satış komandasının ehtiyaclarının və yeni satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştərilərlə əlaqələrin inkişaf etdirilməsinin təmin edilməsi;
Müəyyən edilmiş səlahiyyət və limitlər çərçivəsində Satış Şöbəsinin satış fəaliyyəti və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) nəzarət edilməsi;
Satış Şöbəsinin əməliyyat bölmələrinin Özəl Bankçılıq BM tərəfindən hazırlanmış metodologiyalara uyğun fəaliyyət göstərməsinə nəzarət edilməsi;
Bankın siyasət, qayda, prosedur və standartlarına uyğun olaraq komanda üzvlərinin (RM-lərin) fəaliyyətinin effektivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;
Bankın müəyyən etdiyi xidmət standartlarına riayət olunmasının təmin edilməsi;
Zərurət yarandıqda bank məhsulları və xidmətləri üzrə müştərilərə məsləhət və dəstəyin göstərilməsi;
Müştərilərlə keçirilən görüşlərin, aparılan müzakirələrin və yazışmaların müvafiq qaydada sənədləşdirilməsinin təmin edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi, əsaslandırılmış müştəri şikayətlərinin operativ araşdırılması və müvafiq tədbirlərin vaxtında görülməsi;
Satış komandasına yeni əməkdaşların seçilməsi və işə qəbulu prosesində iştirak edilməsi, yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili;
İmza səlahiyyətləri çərçivəsində müvafiq sənədlərin yoxlanılması və imzalanması, ABS sistemində müəyyən edilmiş limitlər daxilində əməliyyatların və dəyişikliklərin təsdiqlənməsi;
Bankın digər struktur bölmələri ilə effektiv əməkdaşlığın təmin edilməsi;
Strateji əhəmiyyətli əsas müştərilər portfelinin birbaşa idarə edilməsi, mürəkkəb müştəri məsələlərinin həllində müştəri menecerlərinə dəstək göstərilməsi;
Satış imkanları portfelinin (sales pipeline) idarə edilməsi, həftəlik satış görüşlərinin təşkili, satış proqnozlarının və müvafiq hesabatların Şöbə rəhbərinə vaxtında təqdim edilməsi;
Daxili və xarici audit, eləcə də tənzimləyici orqanlar tərəfindən irəli sürülən tələb və sorğuların vaxtında və müvafiq qaydada icrasının təmin edilməsi;
Bütün fəaliyyət və əməliyyatların bankın komplayns tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi;
Zərurət yarandıqda səlahiyyətləri çərçivəsində müqavilələrin, gündəlik əməliyyat sənədlərinin, rəsmi yazışmaların və digər müvafiq sənədlərin yoxlanılması və imzalanması;
Birbaşa tabeliyində olan əməkdaşların davamlı inkişafının və kouçinqinin təmin edilməsi, onların fəaliyyətinin illik və yarımillik əsasda qiymətləndirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.
Требования
Tələb olunan bilik, bacarıq və təcrübə
Təhsil: İqtisadiyyat, maliyyə, bank işi və ya digər müvafiq sahələr üzrə ali təhsil (bakalavr dərəcəsi);
İş təcrübəsi: Bankçılıq, satış və ya digər müvafiq sahələr üzrə minimum 3–5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Kompüter bilikləri: Microsoft Office proqramlarında (Excel, Word) sərbəst işləmək bacarığı;
Bank məhsulları və prosedurlar üzrə biliklər: Bankın məhsul və xidmətləri, müvafiq daxili siyasət və prosedurlar, eləcə də bank fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
Bazar bilikləri: Özəl bankçılıq bazarı və yüksək gəlirli müştərilər seqmenti, rəqib bankların məhsul və xidmət təklifləri, yerli və beynəlxalq kapital bazarları, həmçinin Azərbaycan Mərkəzi Bankının müvafiq tənzimləyici tələbləri barədə biliklər;
Liderlik və idarəetmə bacarıqları: Komandanın idarə edilməsi və inkişaf etdirilməsi, əməkdaşların istiqamətləndirilməsi və kouçinqi, effektiv qərarvermə və nəticəyönümlü idarəetmə bacarıqları;
Analitik və peşəkar bacarıqlar: Güclü analitik düşünmə, hesabatların hazırlanması, problemlərin həlli, innovativ yanaşma və davamlı inkişaf bacarıqları;
Ünsiyyət və müştəri münasibətləri: Güclü kommunikasiya və danışıqlar aparmaq, münaqişələri effektiv idarə etmək, uzunmüddətli müştəri münasibətləri qurmaq və müştəriyönümlü yanaşma bacarıqları;
Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq, nəticəyönümlülük, peşəkar etik prinsiplərə sadiqlik və məxfiliyin qorunmasına həssas yanaşma.