PASHA Bank
Главная
/
/
/
Rəqəmsal KOS, Fərdi və Özəl Bankçılığı Şöbəsinin Kredit Risk Anderrayteri

Rəqəmsal KOS, Fərdi və Özəl Bankçılığı Şöbəsinin Kredit Risk Anderrayteri

  • PASHA Bank
  • Bakı, Azərbaycan
  • Полная занятость

Сегодня

88

Описание

  • Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnməsi;
  • Kredit təhlilinin aparılması üçün rəqəmsal KOS üzrə borcalandan müvafiq məlumatların alınması, verifikasiyası və buna uyğun olaraq yaranmış hər hansı sual, məqamların borcalan ilə dəqiqləşdirilməsi;
  • KOS rəqəmsal kreditləşmə və skorinq modellər ilə bağlı kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqinin təmin edilməsi və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflərin verilməsi;
  • Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış edilməsi;
  • Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət edilməsi;
  • Kredit ərizələri üzrə olunan kredit reytinq cədvəllərinin hazırlanması, müştərilərə düzgün kredit reytinqinin təsdiq olunması;
  • Müvafiq sahə üzrə daxili təlimat, çərçivə sənədləri, struktur, alət və proseslərin təkmilləşdirilməsi məsələlərinin qaldırılması və ya bu məsələlərə müvafiq rəylərin verilməsi.

 

Требования

  • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: Kredit, Risk, Bank, Maliyyə təhlili və ya müvafiq iqtisadi sahə üzrə minimum 2-4 il iş təcrübəsi olanlara üstünlük verilir;
  • Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir;
  • Kompüter bilikləri: Microsoft Office;
  • İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olmaq üstünlükdür;
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.

О вакансии

Конечный срок

August 10, 2025

Опубликовано

июль 1, 2025

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация