PASHA Property Management
Главная
/
/
/
Təmizlik xidmətləri üzrə qrup rəhbəri

Təmizlik xidmətləri üzrə qrup rəhbəri

Сегодня

110

Описание

  • Təmizlik işçilərini gündəlik işə başlamazdan əvvəl toplamaq, onlara təhlükəsiz iş haqda təlimat vermək;
  • Təmizlik işçilərinin gündəlik işlərini təhlükəsiz, düzgün və təyin olunmuş vaxt ərzində yerinə yetirmələrinə nəzarət etmək;
  • Təmizlik işçilərinin işlədikləri ərazilərdə olan ofis işçilərinin, müsafirlərin irad və təkliflərini öyrənmək və rəhbərliyə məlumat vermək;
  • Təmizlik işçilərini həftəlik kimyəvi təmizlik vasitələri və ləvazimatlar ilə təmin etmək və istifadəsinə nəzarət etmək;
  • Təmizlik işçilərinə avadanlıqlardan istifadə qaydalarını öyrətmək və düzgün şəkildə istifadə edilməsinə nəzarət etmək;
  • İş gününün sonunda təmizlik avadanlıqlarının, alətlərin əməkdaşlar tərəfindən anbarda düzgün yığıldığına və hər birinin anbarda olduğunu əvvəlcədən hazırlanmış cədvəl əsasında yoxlayaraq qeyd etmək;
  • Binada təmizlik aparılan bütün əraziləri yoxlamaq, aşkar etdiyi natəmiz ərazilər haqda qeydiyyat aparmaq və rəhbərliyə məlumat vermək;
  • Təmizlik işçilərinin yemək və çay fasiləsinə vaxtında gedib-gəlmələrinə nəzarət etmək;
  • Hər ayın sonuncu həftəsinin cümə günü kimyəvi təmizlik vasitələri və materialları olan anbarda sayım aparmaq və rəhbərliyə qalan malların siyahısını təqdim etmək;
  • Təmizlik işçilərinə aid olan mətbəx, paltar dəyişmə, duş kabinləri və sanitar qovşaqlarında yaranmış nazaslıqlar haqda vaxtında rəhbərliyi məlumatlandırmaq;
  • Yeni işə götürülən təmizlik işçilərinə iş prosedurları, təmizləyici avadanlığın istifadəsi, həmçinin iş yerində təhlükəsizlik qaydaları haqqında təlimat vermək;
  • Xüsusi təhlükəli kimyəvi vasitələri ayrı bir yerdə saxlamaq və yalnız öz nəzarəti altında işçiyə istifadə üçün vermək;
  • Qrup rəhbərləri üçün ayrılmış otağın təmizliyinə və gündəlik istifadə olunmayan təmizlik ləvazimatlarının orada saxlanılmasına nəzarət etmək, digər növbənin qrup rəhbərinə təhvil vermək;
  • Təmizlik işçilərininin otaqlarında məlumat lövhəsindəki məlumatları mütəmadi olaraq yenilənmək və nəzarət etmək;
  • Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.

Требования

  • Ali təhsil
  • İş təcrübəsi: 3-5 il
  • Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları
  • Detallara diqqətli olmaq və təşkilatçılıq qabiliyyəti
  • İş prioritlərini düzgün təyin edə bilmək
  • Kimyəvi maddələr, təmizləyici materiallar və s. yüksək səviyyədə biliklərə sahib olmaq


О вакансии

Конечный срок

August 10, 2025

Опубликовано

iyul 1, 2025

Тип занятости

Полная занятость

Категори

Услуги