PMD Group MMC

MEP sahə mühəndisi

  • PMD Group MMC
  • Port Baku Towers, Bakı, Azərbaycan
  • Полная занятость

Вчера

44

Описание

1. Sahə icrasına nəzarət

  • MEP sistemlərinin sahədə düzgün quraşdırılmasına nəzarət etmək;
  • Mexanika və elektrik işlərinin layihəyə uyğun icrasını yoxlamaq;
  • Podratçının gördüyü işlərin keyfiyyətinə və texniki uyğunluğuna nəzarət etmək;
  • Sahədə işlərin plan-qrafikə uyğun aparılmasını izləmək.

2. Texniki uyğunluq və keyfiyyət

  • Quraşdırılan avadanlıq və sistemlərin layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
  • Material və avadanlıqların texniki spesifikasiyalara uyğunluğunu təsdiqləmək;
  • İşlərin AzDTN, EN, SNIP, PUE, NFPA və digər standartlara uyğun aparılmasını təmin etmək;
  • Sahədə aşkar olunan qüsur və uyğunsuzluqları qeyd etmək və aradan qaldırılmasını tələb etmək.

3. Koordinasiya və əlaqələndirmə

  • Baş podratçı, subpodratçı və digər sahə komandaları ilə koordinasiyanı təmin etmək;
  • Mexanika, elektrik və digər mühəndislik sistemləri arasında toqquşmaların (clash) qarşısını almaq;
  • Layihəçi və konsultantlarla sahə üzrə texniki məsələləri razılaşdırmaq;
  • Gündəlik sahə koordinasiya görüşlərində iştirak etmək.

4. Test və istismara hazırlıq

  • Sistemlərin test və sınaq işlərinə (testing & commissioning) nəzarət etmək;
  • İstismara qəbul prosesinə hazırlıq mərhələsində iştirak etmək;
  • As-built sənədlərin hazırlanmasına dəstək vermək.

5. Hesabatlılıq

  • Gündəlik və həftəlik sahə hesabatlarını hazırlamaq;
  • Görülən işlər və problemlər barədə layihə rəhbərliyinə məlumat vermək;

Foto və texniki qeydlərlə işlərin sənədləşdirilməsini aparmaq.

Требования

  • Mexanika və ya Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Tikinti sahəsində MEP üzrə minimum 5 il iş təcrübəsi;
  • Texniki standartlar üzrə baza biliklər (AzDTN, EN, SNIP, NFPA və s.);
  • AutoCAD bilikləri üstünlükdür;
  • MS Office (xüsusilə Excel və Word);
  • Azərbaycan dili – səlis;
  • İngilis və Rus dil biliyi (üstünlükdür).

О вакансии

Конечный срок

August 16, 2026

Опубликовано

август 5, 2026

Тип занятости

Полная занятость

Категори

Строительство и Недвижимость