Prime Cotton

Dispetçer (Beyləqan)

  • Prime Cotton
  • Beyləqan, Azərbaycan
  • Полная занятость

06-05-2026

164

Описание

  •  Hərəkətdə olan traktorların marşrut üzrə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkəti barədə filial rəhbərliyini məlumatla təmin edir;
  • Pambıq və digər üzvi maddələrin daşınma istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatların toplanmasını və təqdim edilməsini təşkil edir;
  • Avtomobil, kombayn və traktor sürücülərinə marşrut dəyişiklikləri barədə məlumatın vaxtında çatdırılmasını təmin edir;
  • PİNŞ müdiri və baş mexaniklə birlikdə fermerlərin becərmə və yükdaşımaya olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
  • Traktorların iş məhsuldarlığının yüksəldilməsinə və daşımaların maya dəyərinin aşağı salınmasına imkan yaradan tədbirlər həyata keçirir;
  • Operativ dispetçer hesabatlarının vaxtında tərtib edilərək Mexanizasiya şöbəsinə təqdim olunmasını təmin edir;
  • Dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.


Требования

  • Təhsil: Ali texniki təhsil;
  • Təcrübə: 1-2 il;
  • Dil bilikləri: Azərbaycan dili;
  • Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;


Texniki biliklər:


  •  Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmalıdır;
  • Avtomobil nəqliyyatı ilə sərnişin və yüklərin daşınması üzrə yuxarı orqanların qərarlarını, sərəncamlarını, əmrlərini, metodiki, normativ və digər rəhbər sənədləri bilməlidir;
  • Daşımaların planlaşdırılması və dispetçer idarəetməsinin təşkili qaydalarını bilməlidir;
  • Elektron-hesablama maşınlarından istifadə etməklə səmərəli marşrutların hazırlanması metodlarını bilməlidir;
  • Yol hərəkəti qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilməlidir;
  • Hərəkətdə olan avtomobil nəqliyyatının texniki istismar qaydalarını bilməlidir.


О вакансии

Конечный срок

June 5, 2026

Опубликовано

май 6, 2026

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Молодой специалист

Образование

Степень ассоциата

Категори

Промышленность и Сельское хозяйство