Prime Cotton

Çilingər (cin)-Zərdab

  • Prime Cotton
  • Zərdab, Azərbaycan
  • Полная занятость

25-08-2025

94

Описание

  • Detalların, mexanizmlərin və hissələrin dəyişdirilməsi və bərpası;
  • Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan
  • qaldırılması;
  • Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi;
  • Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mexanizmlərin hazırlanması;
  • Dəzgahın kəmərlərin üstü, şneklər, separatorlar, mahlıc ayıran, dişli çarxların üstü, şkivlər, mahlıc təmizləyən və cin valların çəpərlənməsinə və lövhə ilə örtülməsinə, cin dəzgahlarında mahlıc, pux ayıran uzununa kolosnikli rama mühafizə lövhəsi olmaqla, onun hər iki tərəfi dəmir qutularla örtülməsinə diqqət yetirməli;
  • Bu qutuların elektrik qoruyucularla təmin olunmasına nəzarət etməli;
  • Sexin daxilindən keçən mahlıc boruların, separatorların, pambıq şnekinin, şaxtanın, variatorun qidalandırıcısının, cin mişar valikin, saplonun düzgün işləməsinə, mahlıc təmizləyicilərinə, zibil lentasının və çiyid şnekinin diyircəkli yastıqlarına, qayışlarına, lentalarına, mişarlarına daima olaraq nəzarət olmalı və tez bir zamanda qüsurları aradan qaldırmalıdır.

Требования

  • Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanmasını bilməlidir;
  • Detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini bilməlidir;
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.

О вакансии

Конечный срок

September 24, 2025

Опубликовано

август 25, 2025

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Образование

Профессионально-техническое образование

Категори here

Промышленность и Сельское хозяйство