Prime Cotton
Главная
/
/
/
Tərəzi operatoru (Tərtər filialı )

Tərəzi operatoru (Tərtər filialı )

  • Prime Cotton
  • Tərtər, Azərbaycan
  • Полная занятость

15-10-2026

255

Описание

  • Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yükləri çəkmək;
  • Yüklərin xarici görünüşünə baxış keçirmək və qablaşdırılmasının düzgünlüyünə nəzarət etmək;
  • Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
  • Yükün çatışmazlığına və xarab olmasına görə aktları tərtib etmək və müşayiətedici sənədləri rəsmiləşdirmək;
  • Çəkilmiş yüklərin uçotunu aparmaq;
  • Tərəzilərin çəkini düzgün göstərməsini yoxlamaq və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək.


Требования

  • Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları
  • Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilmək;
  • Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilmək;
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.


О вакансии

Конечный срок

November 14, 2026

Опубликовано

октябрь 15, 2026

Тип занятости

Полная занятость

Опыт

Менее 1 лет

Образование

Профессионально-техническое образование

Категори

Другой