Qalan AZ
Главная
/
/
/
Riyaziyyat fənni üzrə mentor

Riyaziyyat fənni üzrə mentor

  • Qalan AZ
  • Əhməd Rəcəbli, Bakı, Азербайджан
  • Полная занятость

Вчера

148

Описание

QALAN — riyaziyyat fənni üzrə interaktiv tədrisə yönəlmiş, tanınmış onlayn təhsil platformasıdır. Şirkət 7 ildən artıqdır ki, fəaliyyət göstərir və bu müddət ərzində 60.000-dən çox şagirdə tədris xidməti göstərmişdir. Hal-hazırda QALAN fəaliyyət miqyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya ölkələrdə uğurla təqdim olunur. Platforma fərdi yanaşma əsasında çalışır: hər bir şagirdin zəif tərəfləri xüsusi metodlarla müəyyən olunur və bu sahələrdə sistemli şəkildə işlənilərək nəticə yönümlü həllər tətbiq edilir. Tədris prosesi daim inkişaf edən metodika və interaktiv yanaşmalarla dəstəklənir.

QALAN-ın əsas məqsədi — davamlı inkişafı təmin etmək və şagirdlərin bilik və bacarıqlarını yüksəltmək üçün effektiv təhsil mühiti yaratmaqdır.


Vəzifənin təsviri:

Təhsil layihəmizə şagirdləri tədris prosesinin bütün mərhələlərində müşayiət edəcək məsuliyyətli və diqqətli mentor tələb olunur. Sizin əsas vəzifəniz — tapşırıqların yerinə yetirilməsini izləmək və kursun tədris qrafikinə riayət olunmasını təmin etməkdir.

Platformamız müasir texnologiyalar əsasında qurulub: bütün nəzəri materiallar yüksək keyfiyyətli videodərslər şəklində təqdim olunur. Bu yanaşma sayəsində şagirdlər mövzuları canlı dərslərə ehtiyac olmadan rahatlıqla mənimsəyə bilirlər.

Mentorun rolu — dəstək və nəzarətdir. Nadir hallarda, əgər şagird videodərsləri izləməsinə baxmayaraq mövzunu tam başa düşmürsə, siz ona fərdi şəkildə izah edərək kömək edəcəksiniz. Bu yanaşma hər bir uşağa məhz ehtiyac duyduğu anda maksimum diqqət ayırmağa imkan verir.

Требования

Namizədə tələblər:

  • Riyaziyyat fənninin məktəb proqramını yüksək səviyyədə bilən ali təhsil müəssisəsinin 3–4-cü kurs tələbəsi, magistr tələbəsi və ya yeni məzun olmuş şəxs;
  • Azərbaycan və rus dillərini şifahi və yazılı formada sərbəst bilmək;
  • Tədris materiallarını sadə, aydın və praktik nümunələr əsasında izah etmək bacarığı;
  • Yüksək ünsiyyət qabiliyyəti, məsuliyyətlilik, peşəkar inkişaf meyilliliyi və uşaqlarla işləyərkən emosional sabitlik;
  • Əsas şərt — həftədə 6 gün saat 09:00- 18:00 və ya 16:00- 23:00-a qədər ofisdən işləmək imkanı

О вакансии

Конечный срок

December 14, 2025

Опубликовано

ноябрь 4, 2025

Тип занятости

Полная занятость

Уровень карьеры

Молодой специалист

Категори

Образование