QALAN komandası genişlənir! Satış Meneceri axtarırıq.
Satış sahəsində karyera qurmaq və yüksək gəlir əldə etmək istəyirsənsə, səni komandamıza dəvət edirik!
Təcrübən yoxdur? Problem deyil!
QALAN-da iş prosesi sıfırdan öyrədilir, yeni əməkdaşlara təlim keçirilir və adaptasiya müddətində tam dəstək göstərilir.
QALAN — Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və ərəb ölkələrində fəaliyyət göstərən beynəlxalq onlayn təhsil platformasıdır. 60 000+ şagirdə xidmət göstərmişik.
Sənin əsas vəzifələrin:
• QALAN-ın təhsil xidmətlərini müştərilərə təqdim etmək və satışını həyata keçirmək
• Daxil olan müraciətləri operativ qəbul etmək və idarə etmək
• İsti müraciətlər və mövcud müştəri bazası ilə effektiv əməkdaşlıq
• CRM sistemində məlumatları düzgün qeyd etmək
• Satış planlarını yerinə yetirmək və yüksək nəticələr göstərmək
Biz nə təklif edirik?
• Sabit əmək haqqı + yüksək bonus sistemi
• Rəsmi əmək müqaviləsi
• Karyera yüksəlişi və inkişaf imkanları
• Təlimlər və peşəkar inkişaf
• Tim-bildinq və motivasiyaedici tədbirlər
• Güclü komanda və korporativ mühit
• Sürətlə inkişaf edən beynəlxalq EdTech şirkətində çalışma imkanı
🕙 İş qrafiki: 10:00 – 19:00
İş rejimi: 6 günlük
Namizədə tələblər:
• Güclü kommunikasiya və təqdimat bacarığı
• Satış və danışıqlar aparmaq bacarığı
• İnandırma və etirazlarla işləmə bacarığı
• Hədəf və nəticə yönümlü yanaşma
• Məsuliyyətli və operativ iş prinsipi
• Stressə davamlılıq və çevik qərarvermə bacarığı
• Azərbaycan dilində səlis danışıq
Конечный срок
November 22, 2026
Опубликовано
oktyabr 23, 2026
Тип занятости
Полная занятость

AQA Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
22-09-2026
3K

BioHerbal Baku MMC ● Bakı, Azərbaycan
Сегодня
68

2GİS ● Bakı, Azərbaycan
01-10-2026
1.6K

Kontakt Home ● Bakı, Azərbaycan
Сегодня
3.2K

İrşad ● Biləsuvar, Azərbaycan
Сегодня
50