"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Главная
/
/
/
İT Təhlükəsizliyi Departamentinin, Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis

İT Təhlükəsizliyi Departamentinin, Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis

Сегодня

176

Описание

"Rabitəbank" ASC İT Təhlükəsizliyi Departamentinin Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:

  • Kart və rəqəmsal kanallar üzrə əməliyyatların fırıldaqçılığa qarşı monitorinq sistemlərində real vaxt rejimində fasiləsiz izlənilməsi;
  • Sistemlər tərəfindən yaradılan siqnalların operativ təhlili, təsnifatı və müəyyən edilmiş müddətlərdə emal edilməsi;
  • Şübhəli əməliyyatlar üzrə müştəri ilə dərhal əlaqə saxlanılması, əməliyyatın təsdiqlənməsi və ya kartın/girişin bloklanması üzrə prosedurların icrası;
  • Müştərilərin fırıldaqçılıq hallarına dair təcili müraciətlərinin (o cümlədən gecə saatlarında və qeyri-iş günlərində) qəbulu və ilkin araşdırılması;
  • Fırıldaqçılıq halları üzrə insidentlərin idarə edilməsi sistemində qeydiyyatın aparılması və sənədləşdirilməsi;
  • Kritik hallar üzrə şöbə rəhbərliyinə və aidiyyəti struktur bölmələrə müəyyən edilmiş qaydada eskalasiya;
  • Növbənin qəbulu və təhvili zamanı açıq hallar, bloklar və davam edən araşdırmalar barədə məlumatın ötürülməsi;
  • Ödəniş sistemlərinin və prosessinq mərkəzinin fırıldaqçılığa qarşı mübarizə alətləri üzrə əməliyyat işlərinin icrası;
  • Fırıldaqçılığa qarşı qaydaların işləməsinin izlənilməsi, yanlış müsbət hallar barədə məlumatların toplanması;
  • Növbə üzrə gündəlik hesabatların hazırlanması;
  • Yeni fırıldaqçılıq sxemləri barədə müşahidələrin şöbə daxilində paylaşılması.


Требования

  • Ali təhsil (İnformasiya texnologiyaları, maliyyə, riyaziyyat və ya iqtisadiyyat üzrə üstünlük verilir);
  • İnformasiya təhlükəsizliyi, fırıldaqçılığa qarşı mübarizə, bank əməliyyatları və ya çağrı mərkəzi sahəsində 1 ilədək iş təcrübəsi; təcrübəsi olmayan, lakin sahə üzrə müvafiq nəzəri biliklərə malik namizədlərə də baxılır;
  • Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
  • Kart ödəniş sistemlərinin iş prinsipləri barədə ümumi biliklər;
  • Fırıldaqçılıq sxemləri (sosial mühəndislik, fişinq, hesabın ələ keçirilməsi, kart məlumatlarının oğurlanması) barədə məlumatlılıq;
  • SQL üzrə təməl biliklər üstünlükdür;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik düşüncə, diqqətlilik, məsuliyyətlilik və operativlik;
  • Stresli və yüksək iş həcmi şəraitində sürətli və düzgün qərar qəbul edə bilmək;
  • Müştəri ilə telefon vasitəsilə nəzakətli və aydın ünsiyyət qurmaq bacarığı;
  • Növbəli iş rejimində, o cümlədən gecə növbələrində, bayram və qeyri-iş günlərində işləməyə hazır olmaq;
  • Məxfiliyin qorunması üzrə tələblərə ciddi riayət;
  • Komandada işləmək bacarığı.

İş rejimi:

Növbəli iş qrafiki — fasiləsiz (24/7), o cümlədən gecə saatlarında, bayram, istirahət və digər qeyri-iş günlərində. Növbə qrafiki Bankın daxili qaydalarına və Əmək Məcəlləsinin tələblərinə uyğun müəyyən edilir.


О вакансии

Конечный срок

December 26, 2026

Опубликовано

noyabr 26, 2026

Тип занятости

Полная занятость

Уровень карьеры

Специалист

Категори

Финансы, Бизнес и Администрация