S
Главная
/
/
/
Biznes proseslərin idarəolunması şöbəsinin baş mütəxəssisi

Biznes proseslərin idarəolunması şöbəsinin baş mütəxəssisi

Сегодня

244

Описание

ƏMƏK FUNKSİYASI:

  • Müəssisənin və onun zavodlarının fəaliyyəti ilə bağlı biznes prosesləri müəyyən etmək etmək və müvafiq qaydada sənədləşdirmək;
  • Əlaqədar işçi heyəti ilə müsahibələr, cari proseslərin sənədləşdirilməsi və problemlərin müəyyən edilməsi də daxil olmaqla proseslərin tədqiq olunması üzrə işin çərçivəsini müəyyən etmək;
  • Daxili prosesləri tədqiq etmək, proseslə bağlı məlumatları toplamaq və prosesin cari vəziyyətini əks etdirən proses xəritələrini hazırlamaq;
  • Prosesləri analiz etmək, proseslə bağlı mövcud problemləri və riskləri müəyyən etmək. Proseslərin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində təkliflər hazırlamaq. Proseslərin arzu olunan və ya potensial vəziyyətini əks etdirən proses xəritələrini hazırlamaq. GAP analizlərini həyata keçirmək;
  • Proses sahibinin iştirakı ilə biznes proseslərə dəyişiklik ehtiyacını müəyyən etmək və proseslərin yenidən layihələndirilməsini həyata keçirmək;
  • Biznes proseslərin tətbiqi üzrə fəaliyyət planını hazırlamaq. Proses sahibi ilə birgə prosesin tətbiqi üçün ehtiyac duyulan resursların və infrastrukturun mövcudluğunu təmin etmək;
  • Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər və onların səbəblərini müəyyən etmək, korrektiv tədbirləri müəyyən etmək və həyata keçirmək;
  • Biznes proseslərə nəzarəti həyata keçirmək, prosesin mövcud qaydalara uyğun şəkildə icra edilməsi üzərində müşahidə və xronometrajlar aparmaq, sorğular keçirmək;
  • Müəssisə və onun zavodlarının fəaliyyəti ilə bağlı bütün növ daxili normativ sənədlərin strukturunu, onların hazırlanması və qəbul edilməsi qaydalarını müəyyən etmək. Daxili normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsini əlaqələndirmək, onların razılaşdırılmasında iştirak etmək;
  • Proseslərin avtomatlaşdırılması ilə bağlı layihələrdə iştirak etmək və belə layihələri idarə etmək.


Требования

VƏZİFƏ TƏLƏBLƏRİ:


Təhsil pilləsi (minimum): Bakalavr

Təhsil ixtisası: Mühəndislik, idarəetmə və ya müvafiq sahədə ali təhsil.

İş təcrübəsi (minimum): Biznes proseslərin idarə olunması və ya Daxili audit üzrə ən azı 2-3 illik təcrübə..

 

Dil bilikləri: Azərbaycan dili

 

Kompüter bilikləri: MS Office (Word, Excel, Power point), MS Visio


VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:

  • Biznes proseslərin analizi və yenidən layihələndirilməsi metodları.
  • Axış diaqramları və blok sxemlərin tərtib edilməsi.
  • Əməliyyatların tədqiqi və optimallaşdırma üsulları.
  • Proseslərin analizində simulyasiyanın tətbiqi.
  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Planlama və təşkilatçılıq qabiliyyəti.



О вакансии

Конечный срок

October 18, 2025

Опубликовано

сентябрь 8, 2025

Тип занятости

Полная занятость

Категори here

Другой