Unibank Kommersiya Bankı
Главная
/
/
/
Data Analytics Specialist / Daxili Auditor

Data Analytics Specialist / Daxili Auditor

23-02-2026

1.9K

Описание

·   Audit proqramlarının hazırlanması və prosedurların icrası çərçivəsində sübutların toplanmasında iştirak;

·   Yoxlama nəticələri üzrə risklərin qiymətləndirilməsi və tövsiyələrin hazırlanmasında iştirak;

·   Audit tapıntıları üzrə razılaşdırılmış tədbirlərin icrasına müntəzəm nəzarət;

·   Risk-əsaslı yanaşmanın və daxili audit metodologiyasının təkmilləşdirilməsində iştirak;

·   Data analitika alətlərindən istifadə etməklə prosedurların icrası və sübutların analitik üsullarla əldə olunması;

·   Daxili audit çərçivəsində davamlı audit və monitorinq mexanizmlərinin qurulması və tətbiqində iştirak;

·   Təkrarlanan yoxlamaların avtomatlaşdırılması və analitik əsaslı yanaşmaların təkmilləşdirilməsi.

Требования

·  Ali təhsil: informasiya texnologiyaları, statistika, data elmləri, iqtisadiyyat və ya əlaqəli ixtisaslar;

·  Bank sektorunda IT və ya daxili audit, data analitikası və risklərin idarəedilməsi sahələrində minimum 1 il iş təcrübəsi;

·  SQL vasitəsilə verilənlər bazasından məlumat çıxarma və təhlil etmə bacarığı;

·  Python proqram təminatı vasitəsilə təkrarlanan yoxlamalar üzrə avtomatlaşdırma işlərinin aparılması;

·  Power BI və ya digər BI alətləri ilə dashboard hazırlanması;

·  Daxili audit prinsipləri və risk əsaslı audit yanaşması üzrə biliklər;

·  Analitik düşünmə qabiliyyəti, yüksək məsuliyyətlilik və təşəbbüskarlıq (proaktiv yanaşma);

·  Güclü kommunikasiya və komanda ilə effektiv əməkdaşlıq bacarığı;

·  İngilis dilində texniki sənədləri anlama, təhlil etmə və peşəkar hesabatlar hazırlama bacarığı.

О вакансии

Конечный срок

March 25, 2026

Опубликовано

февраль 23, 2026

Тип занятости

Полная занятость

Категори

Наука, Технологии, Инженерия