Unibank Kommersiya Bankı
Главная
/
/
/
Devsecops/Application Security Specialist

Devsecops/Application Security Specialist

Сегодня

88

Описание

  • Təhlükəsizlik zəifliklərinin müəyyən olunması və aradan qaldırılması üçün həll yollarının təklif edilməsi;
  • Proqram təminatının təhlükəsizliyinə nəzarət sənədlərinin işlənib hazırlanması;
  • Tətbiqlərin (veb və mobil) təhlükəsizlik zəifliklərini müəyyən etmək üçün statik (SAST), dinamik (DAST) və SCA analizlərin həyata keçirilməsi;
  • OWASP Top 10 və digər təhlükə modelləri üzrə zəifliklərin təhlili və sənədləşdirilməsi;
  • Proqram təminatının təhlükəsizliyinə dair daxili siyasət və prosedurların hazırlanması və icrasına nəzarət;
  • Secure Code Review prosesinin aparılması və nəticələrin aidiyyəti texniki komandalara yönləndirilməsi;
  • Secure development üzrə developer komandaları üçün maarifləndirici sessiyaların keçirilməsi;
  • CI/CD prosessi üzrə təhlükəsizlik yoxlamalarının (SAST, DAST, SCA) inteqrasiyası və nəzarəti;
  • Snyk, Trivy və s. alətlərlə avtomatlaşdırılmış skanların tətbiqi və monitorinqi;
  • Docker, Kubernetes və s. infrastruktur komponentləri üzrə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi;
  • “Infrastructure as Code” (IaC) üçün təhlükəsizlik skanerlərinin konfiqurasiyası və nəticələrinin təhlili;
  • Təhlükəsizlik hadisələrinin loglaşdırılması, monitorinqi və təhlili üzrə alətlərlə ilkin analiz aparmaq.

Требования

  • Kompüter Elmləri üzrə bakalavr təhsili;
  • Development və ya security sahəsində minimum 1 illik praktiki təcrübə;
  • Proqramlaşdırma üzrə biliklər (Java, Spring Boot);
  • Threat modeling prosesini qurmaq və SDLC təhlükəsizliyin təmin olunması üzrə biliklər;
  • DevOps alətləri və proseslərinə təhlükəsizlik inteqrasiyası sahəsində ilkin və ya orta səviyyəli təcrübə (CI/CD, GitLab CI və s.);
  • Snyk və ya bənzər alətlərlə zəifliklərin aşkar edilməsi və idarə olunması təcrübəsi;
  • YAML/JSON, Docker, Kubernetes kimi texnologiyalarda təhlükəsizlik prinsiplərinə bələdlik;
  • OWASP Top 10 və DevSecOps təhdidləri üzrə anlayışlar;
  • Kriptoqrafiya haqqında anlayış;
  • CompTIA Security+, CDP, CDSOE, CKA, CKAD, eJPT/, eWPT sertifikatların olması üstünlükdür;
  • Ümumi təhdidlər və hücumlar haqqında biliklərə sahib olma;
  • Şəbəkə və veb ilə əlaqəli protokollar (TCP/IP, UDP, HTTP, HTTPS vs.) haqqında əsas anlayışlar;
  • Azərbaycan dilini əla, İngilis dilini yaxşı səviyyədə bilməli, Rus dili arzuolunandır.

О вакансии

Конечный срок

August 9, 2025

Опубликовано

июнь 30, 2025

Тип занятости

Tam ştat

Категори

Elm, Texnologiya və Mühəndislik