Unibank Kommersiya Bankı
Главная
/
/
/
Nəzarət şöbəsinin Nəzarətçisi

Nəzarət şöbəsinin Nəzarətçisi

23-11-2026

1.1K

Описание

  • Bankın və filialların operativ məlumatlar və şəxsi qüvvəsi hesabına mühafizəsini təşkil etmək, buraxılış rejiminə ciddi nəzarət etmək həmçinin yanğın və elektron mühafizə maneələrinin, siqnalizasiya avadanlıqlarının fəaliyyətinin sistematik sınağını həyata keçirmək;
  • Azərbaycan Respublikasının Mülki və Cinayət qanunvericiliyinin əsaslarını, təhlükəsizlik məsələlərinə aid olan qaydaları, Fövqaladə hallar zamanı təxirəsalınmaz tətbirlər planını, ilkin tibbi yardım göstərilməsi qaydalarını bilmək;
  • Banka gələnlərin və müştərilərin metal detektorundan keçməsini təmin etmək, buraxılış kartlarının, bank otaqlarının işçi və ehtiyat açarlarının verilməsinin qeydiyyatını aparmaq, nöqsanlar barədə rəhbərliyi məlumatlandırmaq;
  • Növbətçi polis əməkdaşı ilə qarşılıqlı əməkdaşlıq şəraitində cinayət meyilli şəxslərin Banka daxil olma cəhdlərinin qarşısını almaq, həmçinin Bankda daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Təhlükəsizlik siqnalizasiya sisteminə daxil olan siqnalların mənbəyini operativ müəyyənləşdirmək, videomüşahidə vasitəsilə nəzarəti həyata keçirmək və Bank rəhbərliyi ilə əməkdaşların təhlükəsizliyini təmin etmək;
  • Təhlükəsizlik departamentinin rəhbərliyinin göstərişi əsasında Bankın daxili ərazisində və ətrafında baş vermiş hadisələri videoarxiv vasitəsilə araşdırmaq, müvafiq görüntüləri rəhbərliyə təqdim etmək və nəticələrə dair hesabatlar hazırlamaq;
  • Bankda baş verən proseslərə nəzarət etmək, Bankın və filiallarının mühafizəsinin, mühəndis-texniki sistemlərinin və digər təhlükəsizlik məlumatlarının kənar şəxslər tərəfindən aşkarlanmasının qarşısını almaq;
  • Fiziki hazırlıq səviyyəsini, eləcə də ilkin tibbi yardımın göstərilməsi üzrə bilik və bacarıqlarını daim yüksək səviyyədə saxlamaq, nəzarət etdiyi sahə və ərazilərə kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq.

Требования

  • Ali təhsil (texniki biliklərin olması arzuolunandır);
  • Azərbaycan dili əla səviyyədə (rus və ingilis dilləri üzrə orta səviyyədə bilik);
  • Bank mühafizə sahəsində ən azı 1 il iş təcrübəsi;
  • MS Excel və MS World  proqramlarında işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Məsuliyyətlilik;
  • İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı.

О вакансии

Конечный срок

December 23, 2026

Опубликовано

ноябрь 23, 2026

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Специалист

Образование

Бакалавр

Категори

Услуги

Льготы и преимущества

  • Medical insurance