Xalq Bank
Главная
/
/
/
Kredit İdarəsinin Aqro və Fond kreditlərinin təhlili şöbəsi

Kredit İdarəsinin Aqro və Fond kreditlərinin təhlili şöbəsi

  • Xalq Bank
  • İnşaatçılar prospekti, Bakı, Azerbaijan
  • Полная занятость

12-06-2025

68

Описание

· Dövlət Fondlarının (SİF, ARİKZF, AKİA) vəsaiti hesabına maliyyələşdirilən, zəmanət və faiz subsidiyası ilə kredit sifarişlərinə, eləcə də Bankın daxili məhsulları üzrə (kənd təsərrüfatı yönümlü) kredit müraciətlərinə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilinin tamlığını və tələb olunan sənədlərin mövcudluğunu yoxlamaq;

 

· Müştərilərə və Bankın əməkdaşlarına Dövlət Fondlarının (SİF, ARİKZF, AKİA) vəsaiti hesabına, eləcə də müvafiq Dövlət Fondlarının zəmanəti və faiz subsidiyası ilə kreditləşməyə aid məsləhətlər vermək, zərurət yarandıqda müştərilərlə və Bankın əməkdaşları ilə görüşlər keçirmək;

 

· Dövlət Fondları (SİF, ARİKZF, AKİA) tərəfindən Bankın və (və ya) Bankın müştərilərinin maliyyələşdirilməsi ilə bağlı danışıqlarda zərurət olduqda iştirak etmək;

 

· Şöbənin fəaliyyəti ilə əlaqədar idarə rəisi / müavin(lər)nin verdiyi, həmçinin iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.

Требования

· İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;

· İstehsal, emal, kənd təsərrüfatı, aqrar sahənin kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;

· Bankda Kredit sahəsində (Biznes və aqro kreditlər sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;

· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

· Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;

· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

· Yüksək qavrama və öyrənmə qabiliyyəti;

· Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

О вакансии

Конечный срок

July 11, 2025

Опубликовано

июнь 12, 2025

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Специалист

Образование

Магистр

Категори

Финансы, Бизнес и Администрация