Xalq Bank
Главная
/
/
/
Maliyyə Menecmenti İdarəsinin Datanın idarə olunması şöbəsi Aparıcı mütəxəssis / Baş mütəxəssis

Maliyyə Menecmenti İdarəsinin Datanın idarə olunması şöbəsi Aparıcı mütəxəssis / Baş mütəxəssis

  • Xalq Bank
  • İnşaatçılar pr., 22L
  • Полная занятость

14-10-2026

3.3K

Описание

  • Bankın müxtəlif informasiya sistemlərində saxlanılan məlumatların strukturunu, mənbələrini və sistemlərarası əlaqələrini araşdırmaq.
  • Məlumatların keyfiyyətini təhlil etmək, mövcud uyğunsuzluqları və potensial problemləri aşkar etmək.
  • Data Quality qaydalarının hazırlanmasında, tətbiqində və məlumatların keyfiyyətinə nəzarət proseslərində iştirak etmək.
  • Aşkar edilmiş data problemlərinin səbəblərini araşdırmaq, həlli üçün aidiyyəti bölmələrlə əməkdaşlıq etmək və nəticələri izləmək.
  • Müxtəlif sistemlərdəki məlumatları müqayisə etmək, məlumatların uyğunluğunu və düzgün ötürülməsini yoxlamaq.
  • Məlumatların mənbədən hesabatlara və digər sistemlərə qədər keçdiyi yolu, bu prosesdə baş verən dəyişiklikləri və asılılıqları təhlil etmək.
  • Data Catalog, Data Dictionary və Business Glossary üzrə məlumatların toplanması, təsvir edilməsi və yenilənməsində iştirak etmək.
  • Data Domain, Data Owner və Data Steward rollarının müəyyənləşdirilməsi və məsuliyyətlərin bölüşdürülməsi proseslərinə dəstək vermək.
  • Data Governance üzrə daxili qayda, standart və prosedurların hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək.
  • Biznes və texniki bölmələrlə birlikdə data ilə bağlı ehtiyacları, problemləri və riskləri araşdırmaq, həll yolları təklif etmək.
  • Data analizi, keyfiyyətə nəzarət və monitorinq işlərinin avtomatlaşdırılmasında, mövcud daxili alətlərin təkmilləşdirilməsində iştirak etmək.
  • Görülən işlərin nəticələrini sənədləşdirmək, analitik hesabatlar və təqdimatlar hazırlamaq.



Требования

  • Ali təhsil – İT, kompüter elmləri, informasiya sistemləri, tətbiqi riyaziyyat və ya əlaqəli sahə.
  • Relational database, data modelling və SQL üzrə nəzəri və praktiki bilik, mövcud sorğuları və məlumatların transformasiya məntiqini təhlil etmək bacarığı.
  • Böyük həcmli məlumatların analizi, Data Profiling və Data Quality problemlərinin müəyyən edilməsi bacarığı.
  • Data Quality qaydalarının hazırlanması, yoxlanılması və aşkar edilmiş problemlərin həll prosesinin izlənilməsi üzrə bilik və bacarıqlar.
  • Data Flow, Data Lineage, Source-Target Mapping, Reconciliation və Root Cause Analysis üzrə bilik və bacarıqlar.
  • Data Governance, Data Ownership, Metadata Management, Data Catalog, Business Glossary və Data Classification prinsipləri haqqında bilik və ya bu istiqamətlərdə inkişaf etməyə hazırlıq.
  • Data Governance üzrə siyasət, standart, prosedur və məlumatlarla bağlı risklərin idarə olunması prinsipləri haqqında anlayış.
  • Biznes proseslərini təhlil etmək, biznes və texniki tələblərlə işləmək, sənədləşdirmə və aidiyyəti tərəflərlə effektiv kommunikasiya bacarığı.
  • Excel ilə yaxşı səviyyədə işləmə, analitik düşünmə, problemləri müstəqil araşdırma və yeni texnologiyaları öyrənmə bacarığı.

Texniki bilik və üstünlüklər

Aşağıdakı istiqamətlərdən bir və ya bir neçəsi üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur:

  • Python ilə data emalı və avtomatlaşdırma (Pandas, NumPy, Regex, database bağlantıları, batch processing və s.).
  • Oracle/SQL Server, DWH, ETL/ELT və BI alətləri ilə iş təcrübəsi.
  • REST API, JSON, Git, logging və error handling üzrə bilik və təcrübə.
  • Data Governance, Data Quality, Data Catalog, Data Lineage və daxili monitoring/avtomatlaşdırma alətləri ilə iş təcrübəsi.



О вакансии

Конечный срок

November 16, 2026

Опубликовано

oktyabr 14, 2026

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Специалист

Образование

Магистр

Категори

Финансы, Бизнес и Администрация