Yelo Bank ASC

Nəzarətçi

  • Yelo Bank ASC
  • Zardabi 81k, Bakı 1122, Azərbaycan
  • Полная занятость

Сегодня

102

Описание

  • Bank təhlükəsizliyinin təşkili məsələləri üzrə normativ və təlimat sənədlərini, nəzarətçinin fəaliyyətləri ilə bağlı digər təşkilati tənzimləyici sənədləri bilmək;
  • Obyektin mühafizəsi üzrə hazırkı vəzifə təlimatının və nəzarətçinin xidməti fəaliyyətini tənzimləyən digər sənədlərin tələblərini şərtsiz yerinə yetirmək;
  • Bank təhlükəsizliyinin təmin edilməsi xüsusiyyətlərini, bankda tətbiq olunan texniki mühafizə vasitələrinin və yanğından müdafiə vasitələrinin xüsusiyyətlərini bilmək, onlardan istifadə etməyi bacarmaq;
  • Bankın işçilərinin, müştərilərinin və ziyarətçilərinin, həmçinin əmlakının təhlükəsizliyinə nəzarəti təmin etmək;
  • Bankda müəyyən edilən buraxılış rejimini həyata keçirmək və obyektdaxili rejimə riayət olunmasına nəzarət etmək;
  • Postda olan xidməti sənədləri səliqəli və düzgün aparmaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinin qaydalarını və normalarını şərtsiz yerinə yetirmək;
  • Departament nəzarətçiləri üçün nəzərdə tutulmuş tələblərə cavab verən peşəkar hazırlığın lazımi səviyyədə saxlanması;
  • Postda təmizliyə və nizam-intizama riayət etmək. Bankda nəzarətçilər üçün müəyyən olunmuş geyim qaydalarına riayət etmək;
  • Bankın işçilərinə, müştərilərinə və ziyarətçilərinə mehriban və səmimi münasibət göstərmək.



Требования

  • Minimum 2 il iş təcrübəsi (mühafizə bölmələrində iş təcrübəsi olanlara və hərbi xidməti başa vuranlara üstünlük verilir), sağlamlıq üzrə məhdudiyyətin olmaması;
  • Azərbaycan dili sılis , rus dili arzuolunandır;
  • Orta, orta ixtisas və ya ali təhsil;
  • Mühafizəçilər üçün kursların bitirməsi haqqında sertifikat arzuolunandır;
  • Yazılı və şifahi ünsiyyətin lazımi səviyyədə olması;
  • Müşahidə etmək, təhlil etmək, tez qərar qəbul etmək qabiliyyətləri;
  • İnsan davranışını təhlil etməyi, aqressiv davranışları qabaqcadan görmək bacarığı;
  • Hadisələr haqqında tam hesabat vermək bacarığı;
  • Fövqəladə hallar zamanı ilkin yardım göstərmək bacarığı.

О вакансии

Конечный срок

September 13, 2025

Опубликовано

сентябрь 5, 2025

Тип занятости

Полная занятость

Категори here

Финансы, Бизнес и Администрация