XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Ana səhifə
/
/
/
Hərtərəfli inkişaf fəaliyyətləri üzrə koordinator

Hərtərəfli inkişaf fəaliyyətləri üzrə koordinator

Dünən

256

Təsvir

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də, "Hərtərəfli inkişaf fəaliyyətləri üzrə koordinator" kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiya, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun olaraq hərtərəfli formalaşmasını həyata keçirmək və potensial bacarıqları üzrə çıxarmaq məqsədi ilə Mərkəzdə dərsdənkənar fəaliyyətlərin (dərnəklər, tədbir, yarışlar, ekskursiyalar və digər idman və yaradıcılıq fəaliyyətləri) planlaşdırılması, səmərəli şəkildə təşkil edilməsi, koordinasiyası və nəzarət etmək, şagirdlərin istedadlarının üzə çıxarılması və potensiallarının tam reallaşdırılması üçün, şagirdlərin maraq dairələrini müəyyənləşdirmək, onların inkişaf üçün lazımı imkanların yaradılması ilə bağlı təkliflər vermək və təsdiq olunmuş fəaliyyətləri reallaşdırmaqdır.

Vəzifə öhdəliklərinə aiddir:

  • Şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiyasına, əsas dəyərlərinə və qəbul edilmiş “Təhsil Modelinə” uyğun olaraq təlim və təhsil almasını təmin etməli;
  • Tədris ilinin əvvəlində şagirdlərə təklif olunacaq dərnəklərin siyahısını müəyyənləşdirməli, valideyn və şagird sorğusu əsasında dəqiqləşdirməli, müəllim ehtiyacını müəyyən etməli və “Dərnək siyahısı”nı təsdiq üçün Akademik direktora təqdim etməli;
  • Təsdiqlənmiş siyahıya uyğun müəllim bölgülərini və saatları müəyyən etməli, dərnək cədvəlini hazırlamalı və təsdiq üçün təqdim etməli və cədvəl sorğu nəticələrinə uyğun olaraq şagirdlərin seçim imkanını nəzərə almaqla qurmalı;
  • Dərnək müəllimləri tərəfindən təqdim edilən illik planı və gündəlik dərs planlarını yoxlamalı, təsdiq etməli və icrasına nəzarət etməli;
  • Fərqli öyrənmə ehtiyacları üçün hazırlanmış “Xüsusi Dərs Planları”nı yoxlamalı, təsdiq etməli və icrasına nəzarət etməli;
  • İllik resurs siyahısını (vəsait, otaq, alət və s.) hazırlamalı, büdcələşdirmə üçün Akademik direktora təqdim etməli;
  • Dərnəklərdə şagirdlərin təhvil-təslim prosesinə və təhlükəsizlik qaydalarına nəzarət etməli;
  • Dərnəklərin məktəbdən kənar tədbir, yarış, müsabiqələrdə icrası zamanı şagirdlərin təhlükəsiz daşınmasına nəzarət etməli, lazımi bölmələrin (təhlükəsizlik, tibb) iştirakı üçün əvvəlcədən təqdimat etməli;
  • Şagirdlərin fərdi və qrup halında yarış, müsabiqə, sərgi, olimpiada və digər tədbirlərdə iştirakını təşviq etməli, məktəbdaxili və məktəblərarası tədbirləri Akademik direktorla razılaşdırmalı;
  • İdman komandalarının qurulmasına, məşqçi təyin olunmasına və fəaliyyətlərinə nəzarət etməli;
  • Bədii rəhbər və təşkilatçı tərəfindən təqdim edilən məlumatlar əsasında hər tədbir üçün ən azı 5 həftə əvvəl “Ətraflı İcra Planı” hazırlamalı və təsdiq etdirməli (proqram, çıxışçılar, rollar, məşq planı, qonaqlar və s.);
  • Tədbirlərin icrasını nəzarətdə saxlamalı, digər bölmələrlə əməkdaşlıq etməli və tədbir sonrası müzakirələrdə iştirak etməli;
  • Mərkəz və/vəya rəsmi qurumlar tərəfindən (Təhsil Nazirliyi, DİM və s. ) elan edilən tarixlərdə təşkil olunan mərkəzi qiymətləndirmə imtahanlarında, olimpiadalarda, yarışlarda və s. Məktəb rəhbərliyinin göstərişinə uyğun olaraq müvafiq formada (şagirdlərin qarşılanması, nəzarətçilik, sualların yoxlanılma və s. işlərdə) iştirak etməli;
  • Ekskursiya və sosial tədbirlərdə “Sosial fəaliyyətlərin təşkili qaydaları”na uyğun fəaliyyət göstərməli;
  • “Qiymətləndirmə Proseduru”na uyğun olaraq “Şagirdlərin İnkişaf Hesabatları”nı hazırlayır və aidiyyəti şəxslərə təqdim etməli;
  • Dərs, tənəffüs və digər fəaliyyətlər zamanı şagirdlərin sağlamlıq və təhlükəsizliyinə nəzarət etməli;
  • Mərkəzin toplantı qaydalarına uyğun bütün iclaslarda iştirak etməli;
  • Tədris ili ərzində rüblük fəaliyyət hesabatları hazırlamalı və Akademik direktora təqdim etməli;
  • Şagirdlərin layihə və müsabiqələrdə iştirakına rəhbərlik etməli;
  • Tədbirlərin keçirilməsi ilə bağlı məkan, tərtibat, iştirakçı sayı və digər logistika məlumatlarını müvafiq bölmələrə vaxtında çatdırmalı.

Tələblər

Təhsil və İş Təcrübəsi:

  • 4 il müəllim kimi və ya şagirdlərin hərtərəfli inkişafı ilə bağlı fəaliyyətlər üzrə minimum 2 il iş təcrübəsinin olması tələb edilir.

Dil Bilikləri:

  • Azərbaycan dili – C2 səviyyədə;
  • Rus dili – B2 səviyyədə;
  • İngilis dili – B2 səviyyədə.

Peşəkar Biliklər:

  • Uşaqlarla səmərəli ünsiyyət qurmaq, işləmək;
  • İdarəetmə prinsipləri;
  • Büdcə hazırlanması;
  • Müsahibə aparma texnikası;
  • Hesabatların hazırlanması;
  • Qərarvermə və problem həll etmə bacarığı;
  • Yaradıcılıq prosesinin metodologiyası;
  • İKT, MS Office və müasir təlim texnologiyaları;
  • Təqdimat üsulları.

Kommunikasiya və Əməkdaşlıq Bacarıqları

  • İcma və tərəfdaşlarla sağlam münasibətlər formalaşdırmaq.
  • Çalışanlarla səmərəli ünsiyyət və komanda işi bacarığı.
  • Təqdimat etmə, motivasiya etmək və əməkdaşlıq bacarıqları.
  • Daxili və xarici müştəri yönümlülük.

İdarəetmə və Planlaşdırma Bacarıqları:

  • Analitik və Kritik Düşüncə

(kritik düşünmə, analitik təhlil, problem həll etmə, strateji düşüncə)

  • Liderlik və İdarəetmə

(liderlik, koçluq və inkişaf etdirmə, təşkilatçılıq, planlaşdırma, qərarvermə)

  • Ünsiyyət və Emosional Zəka

(ünsiyyət bacarığı, emosional zəka, əməkdaşlıq və komanda işi)

  • Yaradıcılıq və İnnovativlik

(yaradıcılıq, innovativ yanaşma, təşəbbüskarlıq/proaktivlik)

  • Motivasiya və İnkişaf Yönümlülük

(özünü motivə etmə və öyrənmə, başqalarını motivasiya etmə, growth mindset)

  • Məsuliyyət və Etik Davranış

(ədalətlilik, məsuliyyətlilik, cavabdehlik, etika, dürüstlük)

  • Şəxsi Keyfiyyətlər

(səbirlilik, entuziazm, daxili və xarici müştəri yönümlülük)

  • Peşəkar Bacarıqların İnteqrasiyası

(vaxtın idarə olunması, resurslardan istifadə, davamlı öyrənmə)

Vakansiya haqqında

Son tarix

December 23, 2025

Paylaşılıb

noyabr 13, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Təhsil