Sahənin Nəzarət-sınaq məntəqəsinin (NSM) qurğularını nəzəri və əməli baxımdan bilmək.
Qurğuları saz vəziyyətdə saxlamaq və onlara xidmət göstərilməsini bacarmaq.
Təmir-quraşdırma işlərini, qurğuların tənzimlənməsi, quraşdırılması və elektrik ölçmə işlərini bilmək.
Rele və bloklarını saz vəziyyətdə saxlamaq.
İstismar müddəti bitmiş və ya kənar şəxslər tərəfindən zədələnmiş avadanlıqları yenisi ilə əvəz etmək.
Təmir işlərini təlimat və qaydalara uyğun həyata keçirmək.
Müəyyən olunmuş texnoloji proses cədvəli üzrə nəzarət-sınaq qurğularına texniki xidmət göstərmək.
Qurğuların düzgün və fasiləsiz işini təmin etməklə elektrik montyorları tərəfindən yerinə yetirilən işlərə nəzarət etmək.
İşlərin icrası zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə qatarların təhlükəsiz hərəkətini təmin etmək.
NSM qurğularının nasazlığını dərhal təmir etmək, ölçmə cihazları ilə blok və relelərdə nasazlığı təyin etmək.
Nasazlığın səbəblərini və aradan qaldırılma vaxtını göstərməklə “Baxış jurnalı”nda müvafiq qeyd aparmaq.
Dispetçer məntəqəsi, İMB böyük elektrik mexanikləri və elektrik mexanikləri ilə sıx təmasda olmaq.
Tələblər
Təhsil: orta ixtisas (müvafiq sahə üzrə);
İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il;
Nəzarət-sınaq məntəqəsində olan qurğu və avadanlıqların quruluşunu, şərtlərini və sxemlərini bilmək;
NSM qurğularına aid təsdiq edilmiş texniki xidmət təlimatlarını bilmək;
Dəmir yolu nəqliyyatının elektrikləşdirilmiş xətlərində işçilərin təhlükəsizlik qaydalarını bilmək;
NSM üzrə elektrik mexanikləri üçün nəzərdə tutulmuş təlimatı və İMB qurğularının istismarına aid qüvvədə olan bütün digər təlimatları bilmək;