Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Rabitə cihazlarının təmiri üzrə böyük elektrik mexaniki (Hacıqabul)

Rabitə cihazlarının təmiri üzrə böyük elektrik mexaniki (Hacıqabul)

03-10-2025

1.3K

Bağlanılıb

Təsvir

  • Rabitə qurğularının, generatorların və kommutasiya qurğularının işinə nəzarət etmək;
  • Akkumlyatorlara texniki xidməti təmin etmək;
  • Yerli rabitədə abunəçilərin telefonlarını və kabelləri saz vəziyyətdə saxlanmasını nəzarətdə saxlamaq;
  • Zədələnən və ya izolyasiya müqaviməti aşağı düşən kabellərin dəyişdirilməsi işində iştirak etmək;
  • Rabitənin dayaq kanalların yoxlanması, tezliklərin tənzimlənməsi və gücləndiricilərin yoxlanılması işini yerinə yetirmək;
  • Avtomat telefon sexində (ATS) sıradan çıxmış hissələri və cihazları dəyişdirmək;
  • Operativ texnoloji rabitənin vəziyyətinə daim nəzarət etmək;
  • Hava rabitə xəttlərinin tezliklərinin ölçülməsi və lazım gəldikdə tənzimlənməsi işini icra etmək;
  • Tabeçiliyindəki işçiləri əməyin mühafizəsi üzrə təlimatlandırmaq, fərdi mühafizə vasitələri ilə təmin olunmasını təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və teleqraf göstərişlərini tabeçiliyindəki işçilərə tanış etmək və fəaliyyəti sahəsində icrasını təşkil etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Elektrik avadanlıqları, ölçmə cihazları və s. elektrik-texniki avadanlıq və qurğularla işləmək qaydaları haqqında məlumatlı olmaq;
  • Güc ötürmə sxemləri və siqnalizasiya sxemlərinə dair biliklər;
  • Cihaz və avadanlıqların, avtomatlaşdırma və rabitə vasitələrinin yeni prototipləri üçün sxematik diaqramların tərtib edilməsi qaydası üzrə biliklər.

Vakansiya haqqında

Paylaşılıb

oktyabr 3, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat