Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Təşkilati dizayn və planlanlaşdırma üzrə mütəxəssis

Təşkilati dizayn və planlanlaşdırma üzrə mütəxəssis

23-09-2024

3.7K

Təsvir

Şöbənin fəaliyyət sahəsinə aid təlimatların, prosedurların, iş diaqramlarının, metodikanın və digər korporativ sənədlərin hazırlanması və tətbiq edilməsi, digər müvafiq qaydaların işlənib hazırlanmasında yaxından iştirak etmək və aidiyyəti üzrə təqdim etmək;

Kadr potensialına olan tələbatın təhlilini və proqnozlaşdırılmasını, habelə şirkətin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılmasını həyata keçirmək;

Şirkətdə optimal ştat sayının müəyyən edilməsi məqsədilə əməyin ödənilməsi fondu dairəsində illik ştat cədvəli layihələrinin təhlilində iştirak etmək, ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesini icra etmək;

Şirkətdə mövcud olan vəzifə və peşələr üzrə iş analizlərində iştirak etmək;

Şirkətdə mövcud olan vəzifə və peşələrin kvalifikasiya, habelə kompetensiya tələblərinin müəyyənləşdirilməsində iştirak etmək;

Şirkətdə mövcud olan vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasını həyata keçirmək və zərurət yarandıqda yeniləmək;

Şirkətdə mövcud olan vəzifə və peşələr üzrə vəzifə təlimatlarının hazırlanması ilə bağlı işləri icra etmək;

Vəzifələr üzrə imtiyazların müəyyən edilməsi və zərurət yarandıqda təkmilləşdirilməsi ilə bağlı işləri icra etmək;

Vəzifələr (peşələr) üçün əməyin ödənilməsi üzrə dərəcələndirmə və mükafatlandırma sisteminin qurulmasında iştirak etmək;

Şirkətdə əmək haqqı artımı və vakant ştatlar üzrə əmək haqqının təyin edilməsi prosesinin qurulmasında iştirak etmək və icrasını həyata keçirmək;

Şirkətdə mövcud olan vəzifə və peşələr üzrə kritik vəzifələrin müəyyən edilməsində iştirak etmək;

Ştat sorğularını elektron informasiya sistemi və şirkət daxilində istifadə olunan proqram təminatı üzərindən icra etmək;

Təşkilati strukturun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq;

İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasınında iştirak etmək, rəy və təkliflər vermək

Tələblər

Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);

İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;

Xarici dil: İngilis dili və Rus dili - üstünlükdür;

Kompüter bilikləri: MS Office (sərbəst);

Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə dair biliklər;

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;

İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər

Vakansiya haqqında

Son tarix

oktyabr 13, 2024

Paylaşılıb

sentyabr 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə