ATB Bank
Ana səhifə
/
/
/
Risk Menecmenti Departamentinin Kreditlərin monitorinqi şöbəsində Baş mütəxəssis

Risk Menecmenti Departamentinin Kreditlərin monitorinqi şöbəsində Baş mütəxəssis

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

14-10-2024

3.9K

Təsvir

  • Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar montorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
  • Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
  • Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək;
  • Müştərilərin kredit ödənişlərinə və gecikmələrinə nəzarəti həyata keçirmək;
  • Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
  • Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək;

Tələblər

  • Ali təhsil (bakalavr);
  • Bank sahəsində korporativ / iri biznes kreditlərinin monitorinqi sahəsi üzrə minimum 2 (iki) illik iş təcrübəsi;
  • ACCA sertifikatlarının (F3) olması arzuolunandır;
  • Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə (Rus dili arzuolunandır);
  •  MS ofis proqramlarında işləmək bacarığı;
  • Korporativ / iri biznes krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı;
  • Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmə bacarığı;
  • Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirə bilmək bacarığı;

Vakansiya haqqında

Son tarix

noyabr 23, 2024

Paylaşılıb

oktyabr 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə