Müəssisənin Mərkəzi anbarına rəhbərlik edəcək, strateji düşüncəyə və əməliyyat idarəetmə bacarığına malik menecer axtarırıq.
Bu vəzifənin məqsədi material və avadanlıqların qəbulundan buraxılışına qədər bütün anbar əməliyyatlarının təhlükəsiz, səmərəli və uçot qaydalarına uyğun təşkilini təmin etməkdir.
Əsas vəzifə və öhdəliklər:
Mərkəzi anbarın gündəlik fəaliyyətinə rəhbərlik etmək;
Mal-material ehtiyatlarının qəbulunu, yerləşdirilməsini, saxlanmasını və verilməsini idarə etmək;
ERP və ya digər sistemlərdə mal hərəkətlərinin dəqiqliyini təmin etmək;
İnventarizasiya proseslərində iştirak etmək və nəticələrin sənədləşdirilməsini təmin etmək;
İşçi təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
Anbar işçilərinin iş bölgüsünü, performansını və növbəlilik sistemini idarə etmək;
Hesabatların (gündəlik, aylıq, inventar və s.) vaxtında hazırlanmasını təmin etmək;
Təchizat, istehsalat və maliyyə bölmələri ilə qarşılıqlı əməkdaşlıq qurmaq;
Anbar idarəçiliyində rəqəmsallaşma və optimallaşdırma təşəbbüsləri irəli sürmək.
Üstünlük veriləcək:
APICS CPIM, Warehouse Management Certificate, Lean Warehousing və ya Lean Six Sigma (Yellow/Green Belt) sertifikatlarına malik namizədlərə;
İngilis və ya rus dillərini bilən namizədlərə.
Tələblər
Ali təhsil – iqtisadiyyat, logistika, idarəetmə və ya mühəndislik sahələri üzrə;
Anbar və logistika idarəçiliyi sahəsində minimum 5 il, rəhbər vəzifədə isə azı 2 il təcrübə;
1C, SAP və oxşar sistemlərdə işləmək bacarığı;
Güclü təşkilatçılıq, planlaşdırma və analitik düşüncə qabiliyyəti;
Komanda rəhbərliyi və qərarvermə bacarıqları.
Biz təklif edirik:
Peşəkar və təhlükəsiz iş mühiti;
Karyera və inkişaf imkanları;
Rəqabətqabiliyyətli əmək haqqı və sosial təminatlar.