Baku Steel Company
Ana səhifə
/
/
/
Mərkəzi anbarın rəisi

Mərkəzi anbarın rəisi

  • Baku Steel Company
  • 15 (Dərnəgül, Mir Cəlal küçəsi, Bakı 1029, Azərbaycan
  • Tam ştat

Bu gün

76

Təsvir

Vəzifə haqqında:


  • Müəssisənin Mərkəzi anbarına rəhbərlik edəcək, strateji düşüncəyə və əməliyyat idarəetmə bacarığına malik menecer axtarırıq.
  • Bu vəzifənin məqsədi material və avadanlıqların qəbulundan buraxılışına qədər bütün anbar əməliyyatlarının təhlükəsiz, səmərəli və uçot qaydalarına uyğun təşkilini təmin etməkdir.

 

Əsas vəzifə və öhdəliklər:


  • Mərkəzi anbarın gündəlik fəaliyyətinə rəhbərlik etmək;
  • Mal-material ehtiyatlarının qəbulunu, yerləşdirilməsini, saxlanmasını və verilməsini idarə etmək;
  • ERP və ya digər sistemlərdə mal hərəkətlərinin dəqiqliyini təmin etmək;
  • İnventarizasiya proseslərində iştirak etmək və nəticələrin sənədləşdirilməsini təmin etmək;
  • İşçi təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Anbar işçilərinin iş bölgüsünü, performansını və növbəlilik sistemini idarə etmək;
  • Hesabatların (gündəlik, aylıq, inventar və s.) vaxtında hazırlanmasını təmin etmək;
  • Təchizat, istehsalat və maliyyə bölmələri ilə qarşılıqlı əməkdaşlıq qurmaq;
  • Anbar idarəçiliyində rəqəmsallaşma və optimallaşdırma təşəbbüsləri irəli sürmək.


Üstünlük veriləcək:

  • APICS CPIM, Warehouse Management Certificate, Lean Warehousing və ya Lean Six Sigma (Yellow/Green Belt) sertifikatlarına malik namizədlərə;
  • İngilis və ya rus dillərini bilən namizədlərə.


Tələblər

  • Ali təhsil – iqtisadiyyat, logistika, idarəetmə və ya mühəndislik sahələri üzrə;
  • Anbar və logistika idarəçiliyi sahəsində minimum 5 il, rəhbər vəzifədə isə azı 2 il təcrübə;
  • 1C, SAP və oxşar sistemlərdə işləmək bacarığı;
  • Güclü təşkilatçılıq, planlaşdırma və analitik düşüncə qabiliyyəti;
  • Komanda rəhbərliyi və qərarvermə bacarıqları.


Biz təklif edirik:


  • Peşəkar və təhlükəsiz iş mühiti;
  • Karyera və inkişaf imkanları;
  • Rəqabətqabiliyyətli əmək haqqı və sosial təminatlar.

Vakansiya haqqında

Son tarix

December 13, 2025

Paylaşılıb

noyabr 14, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat