FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Rəqəmsal marketinq mütəxəssisi

Rəqəmsal marketinq mütəxəssisi

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

Dünən

263

Təsvir

 “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı "Rəqəmsal marketinq mütəxəssisi" vəzifəsini elan edir.

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?


  • Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
  • Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
  • Rəqəmsal marketinq təqvimini idarə etmək;
  • Satış kampaniyalarının onlayn və oflayn konvertasiyasını izləmək və hesabat vermək;
  • Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
  • Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
  • Hesabatların hazırlanması və bu hesabatların ümumi analizlərə inteqrasiyası; qlobal FINCA rəqəmsal marketinq tablosuna töhfə vermək;
  • Marketinq və digər təşkilati məsələlərlə bağlı Marketinq Departamentinin Meneceri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.


Tələblər

Sizdən gözləntilərimiz:


  • Ali təhsil;
  • Rəqəmsal Marketinq Mütəxəssisi və ya oxşar vəzifədə 2 ildən artıq təcrübə;
  • Google Ads, Facebook Ads Manager, Google Analytics, Facebook Insights,Tik-tok,Wordpress Facebook Business Manager, Google Tag Manager üzrə güclü bacarıq və təcrübə;
  • Sosial media kanallarının (FB, Instagram, LinkedIn, YouTube və s.) və mesajlaşma platformalarının (WhatsApp, Messenger və s.) peşəkar istifadəçisi.
  • SEO/SEM biliyi tələb olunur;
  • Veb məzmun idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır
  • Ofis proqramlarında müstəqil işləmək bacarığı;
  • Əla analitik və təşkilatçılıq bacarığı.
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda işi;
  • Azərbaycanın regionlarına səyahət etmək imkanı;
  • Statistik təhlil proqramları üzrə biliklər arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan (ana dili/səlis), İngilis dili (əla), Rus dili (arzuolunandır)


Vakansiya haqqında

Son tarix

July 31, 2025

Paylaşılıb

iyul 18, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Beynəlxalq iş mühütü

Oxşar vakansiyalar