İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Aparıcı UX/UI Dizayner

15-11-2024

724

Təsvir

  • Rəqəmsal hökumət (G2C/G2G/G2B) tələblərinə uyğun, istifadəçi interfeysi və təcrübəsini formalaşdıraraq, vizual və interaktiv dizaynla məhsulların yaradılması və inkişafı;
  • Maraqlı tərəflərin (Stakeholder) təkliflərini təhlil etmək, fərziyyələr formalaşdırmaq və yoxlamaq, hesabatları hazırlayıb komandaya təqdim etmək;
  • İstifadəçi fikirlərini müntəzəm şəkildə anket, müsahibə və fokus qrupları ilə toplayaraq, məhsulun inkişafını istiqamətləndirmək və yeni imkanları müəyyən etmək;
  • İstifadəçi axınlarını (User flow) formalaşdırmaq və test etmək, istifadəçi interfeysləri və prototiplərini tərtib etmək;
  • İnformasiya arxitekturalarını hazırlamaq;
  • İstifadəçi təcrübəsini daim analiz edib, onu yaxşılaşdırmaq üçün addımlar atmaq;
  • Dizayn həllərini müxtəlif istifadəçi qruplarında sınaqdan keçirmək (Usability Testing), nəticələri hesabat şəklində komandaya təqdim edib, geridönüşlərə əsasən həlləri təkmilləşdirmək;
  • Dizayn sistemi komponentlərindən istifadə, yeni komponentlərin yaradılmasında təkliflər vermək;
  • Məhsul inkişafında komanda üzvləri ilə əməkdaşlıq edərək, istifadəçiyə mükəmməl təcrübə təqdim etmək;
  • Komanda üzvləri ilə bilik və bacarıqları paylaşmaq, rəqəmsal dizayn həlləri yaratmaqda dəstək və təklif vermək.

Tələblər

  • Məhsul dizaynı, istifadəçi təcrübəsi (UX) və interfeysinin yaradılması (UI) sahəsində 3 illik təcrübə;
  • Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasının bütün mərhələlərində, ilk addımdan istifadəyə verilməsinə qədər təcrübə;
  • Məhsul və funksionallıq göstəricilərinin (metrics) təyin edilməsi və bu göstəricilərin izlənməsi sahəsində təcrübə;
  • İstifadəçi testlərinin (Usability Testing) keçirilməsi və istifadəçi davranışlarını araşdırmaq sahəsində geniş biliklər;
  • Dizayn həllərini data əsaslı (Data-driven) qərar verərək hazırlamaq bacarığı;
  • Komandaya dizayn layihələrində dəstək olaraq, istifadəçi təcrübəsini artırmağa kömək etmək;
  • Dizayn sistemi üzrə nəzəri biliklərə sahib olmaq, komponentlərin istifadəsi və inkişafı istiqamətində təcrübə;
  • Agile metodologiyası ilə bağlı bilik və təcrübəyə malik olmaq.
  • Figma, Maze, Hotjar, Jira, Confluence kimi alətlərlə işləmək;
  • Mobil (iOS, Android) və Web platformalarda dizayn təcrübəsi;
  • Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq;
  • Front-end proqramlaşdırma biliklərinin olması üstünlükdür (HTML, CSS);
  • Minimal olaraq “Intermediate" səviyyəsində İngilis dili.

Vakansiya haqqında

Son tarix

dekabr 25, 2024

Paylaşılıb

noyabr 15, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dizayn, incəsənət, yaradıcılıq