MKT İK MMC
Ana səhifə
/
/
/
Dispetçer (Ağdam filialı)

Dispetçer (Ağdam filialı)

22-08-2024

274

Təsvir

  • Hərəkətdə olan traktorların marşrut üzrə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkəti barədə filial rəhbərliyini məlumatla təmin etmək;
  • Pambıq və digər üzvi maddələrin daşımalarının istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil etmək;
  • Kombayn və traktor sürücülərinə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin etmək;
  • Daşımaları planlaşdırmaq və dispetçer idarəetməsini təşkil etmək;
  • PİNŞ-nin müdiri və baş mexaniklə birgə fermerlərin becərmə və yük daşımalarına olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
  • Traktor işinin məhsuldarlığının yüksəldilməsinə və daşımaların maya dəyərinin aşağı salınması üçün planlama işlərini həyata keçirmək;
  • Operativ dispetçer hesabatının vaxtında tərtib olunaraq Mexanizasiya idarəsinə ötürülməsini təmin etmək;
  • Dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək.


Tələblər

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Avtomobil nəqliyyatı ilə sərnişin və yüklərin daşınması üzrə yuxarı orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları bilmək;
  • Elektron-hesablama maşınlarından istifadə etməklə səmərəli marşrutların işlənməsi metodlarını bilmək;
  • Yol hərəkəti qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək;
  • Hərəkətdə olan avtomobil nəqliyyatının texniki istismar qaydalarını bilmək.


Vakansiya haqqında

Son tarix

sentyabr 21, 2024

Paylaşılıb

avqust 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər