Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material, inventar və s. təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik etmək;
Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasını, mühafizə rejiminə əməl edilməsini, əməliyyatların hesabının aparılmasını təmin etmək;
Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsini təmin etmək, müəyyən olunmuş hesabatı tərtib etmək;
Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığının və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət etmək;
Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə qaytarılmasını təşkil etmək;
Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.
Tələblər
Təhsil və təcrübə:
Ali və ya orta ixtisas təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır).
Səriştə və bacarıqlar:
Komandada işləmə bacarığı;
Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
Məsuliyyətlilik;
Düzgünlük;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.