Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yükləri çəkmək;
Yüklərin xarici görünüşünə baxış keçirmək və qablaşdırılmasının düzgünlüyünə nəzarət etmək;
Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
Yükün çatışmazlığına və xarab olmasına görə aktları tərtib etmək və müşayiətedici sənədləri rəsmiləşdirmək;
Çəkilmiş yüklərin uçotunu aparmaq;
Tərəzilərin çəkini düzgün göstərməsini yoxlamaq və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət etmək.
Tələblər
Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları;
Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilmək;
Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilmək;
Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.