Pasha Malls
Ana səhifə
/
/
/
Əməliyyat üzrə menecer

Əməliyyat üzrə menecer

  • Pasha Malls
  • 151 Neftçilər Prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Dünən

228

Təsvir

  • Ticarət mərkəzinin ümumi sahələr, texniki zonalar, dayanacaq və digər ərazilər daxil olmaqla gündəlik fəaliyyətinə rəhbərlik etmək;
  • HVAC sistemləri, işıqlandırma, təmizlik, avadanlıq və infrastrukturun keyfiyyət, və estetik standartlara uyğunluğunu təmin etmək;
  • Texniki xidmət planlarını icra etmək və gündəlik keyfiyyət yoxlamaları ilə obyektin daimi operativ hazır olmasını təmin etmək;
  • Əməliyyatlar üzrə Menecer Müavinləri , təmizlik və üçüncü tərəf podratçıları daxil olmaqla Əməliyyat komandasını idarə etmək və inkişaf etdirmək;
  • Xidmət keyfiyyəti və intizamı təmin edən KPI əsaslı performans monitorinq sistemini tətbiq etmək;
  • Komanda üzvlərinin peşəkar inkişafı üçün təlim və inkişaf proqramlarına rəhbərlik etmək;
  • PASHA Malls siyasətləri və əməliyyat prosedurlarına tam uyğunluğu təmin etmək;
  • Sətəm daxil olmaqla yeni prosedurların nəzərdən keçirilməsi və tətbiqinə dəstək vermək;
  • İcarəçilərin müqavilə şərtləri, ticarət mərkəzi qaydaları və təhlükəsizlik tələblərinə əməl etməsini nəzarətdə saxlamaq;
  • Sığorta, sertifikatlar, icazələr, lisenziyalar, təsdiqlənmiş layihələr və digər mall/icarəçi sənədlərini dəqiq və yenilənmiş şəkildə idarə etmək;
  • Məlumat xidməti əməkdaşlarının fəaliyyətinə nəzarət etmək və yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
  • İcarəçilərin müraciətlərinə peşəkar və həll yönümlü şəkildə yanaşmaq;
  • Dayanacaq fəaliyyətinə rəhbərlik etmək, nəqliyyat axınının düzgün idarə olunmasını və qonaq məmnuniyyətini təmin etmək;
  • Dayanacaq sistemləri və avadanlıqlarının fasiləsiz texniki işləkliyini təmin etmək;
  • OPEX və CAPEX büdcələrinin hazırlanması və monitorinqində Mall Manager-ə dəstək olmaq;
  • Xidmət keyfiyyətini qoruyaraq xərc optimizasiyası təşəbbüslərini dəstəkləmək;
  • Podratçı performansını və müqavilə öhdəliklərinə əməl olunmasını nəzarətdə saxlamaq;
  • Effektivlik, davamlılıq, enerji qənaəti və qonaq təcrübəsinin artırılmasına yönəlmiş təşəbbüslərə rəhbərlik etmək;
  • Footfall, rəylər və KPI-lar əsasında məlumat yönümlü qərarlar qəbul etmək;
  • PASHA Malls Values & Behaviours, Code of Ethics və Gifts & Hospitality siyasətlərinin tətbiq edilməsini təşviq etmək;
  • Bütün fəaliyyətlərin təhlükəsizlik, dürüstlük və qonaq mərkəzli xidmət prinsiplərinə uyğun olmasını təmin etmək;
  • Mall Manager tərəfindən verilmiş əlavə tapşırıqları yerinə yetirmək.

Tələblər

Biznesin idarəetməsi, marketinq, ticarət, idarəetmə, maliyyə və ya oxşar sahələr üzrə diplom.

• Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq bacarığı.

• Ms Ofis (Word, Excel, Power Point) proqramlarında işləmək bacarıqları.

• Qonaqpərvərlik və ya qonaq(müştəri) xidmətləri sahəsində təcrübə.

• Yaxşı qonaq xidməti və təşkilatçılıq bacarığı.

• Şəxslərarası münasibətlər qurmaq bacarığı və bütün səviyyələrdə işçilərlə səmərəli qarşılıqlı əlaqə qura bilmək.

• İnzibati detalları və gündəlik işləri idarə etmək bacarığı; gündəlik məsələləri müstəqil şəkildə, məsuliyyəti öz üzərinə götürərək həll etmək.

• Güclü təşkilatçılıq bacarıqları, çoxsaylı tapşırıqları eyni zamanda yerinə yetirmək bacarığı.

• Vaxtın düzgün idarəedilməsi bacarıqları və işi prioritetləşdirmək bacarığı.

• Detallara diqqət və problem həll etmə bacarığı.

• Böyük komandanın bir hissəsi kimi çalışmaq, həmçinin müstəqil işləmək bacarığına sahib olmaq.

Vakansiya haqqında

Son tarix

January 10, 2026

Paylaşılıb

dekabr 1, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Bakalavr

Kateqoriya

Tikinti və Daşınmaz əmlak