PASHA Property Management
Ana səhifə
/
/
/
SƏTƏMM üzrə baş mütəxəssis

SƏTƏMM üzrə baş mütəxəssis

22-10-2025

602

Təsvir

PAŞA Property Management SƏTƏMM Baş mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Şirkətin SƏTƏMM siyasətini və prosedurlarını hazırlamaq, yeniləmək və tətbiqinə nəzarət etmək.
  • Yerli qanunvericilik və beynəlxalq standartlara (ISO 45001, ISO 14001) uyğunluğu təmin etmək.
  • İş yerlərində risklərin qiymətləndirilməsini aparmaq və təhlükə mənbələrini müəyyənləşdirmək.
  • Qəzalar, insidentlər və “near miss” hallarını araşdırmaq və profilaktik tədbirlər görmək.
  • SƏTƏMM üzrə daxili auditlər və mütəmadi yoxlamalar aparmaq.
  • Uyğunsuzluqları aradan qaldırmaq üçün düzəldici və qabaqlayıcı tədbirlər planlaşdırmaq.
  • SƏTƏMM təlimlərini təşkil etmək və işçilərin maarifləndirilməsini təmin etmək.
  • Avadanlıqların və iş yerlərinin təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq.
  • İstehsalatda baş verən hadisələr üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Müxtəlif layihə və podratçılarla əməkdaşlıq edərək təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək.
  • SƏTƏMM üzrə statistik məlumatları toplamaq, təhlil etmək və aylıq/illik hesabatlar tərtib etmək.



Tələblər

  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • NEBOSH və ya ekvivalent sertifikat.
  • ISO 45001 və ISO 14001 standartlarının tələblərini və tətbiq mexanizmini bilmək.
  • Yerli SƏTƏMM qanunları və qaydaları, eləcə də beynəlxalq SƏTƏMM standartları üzrə yüksək səviyyədə biliklər.
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları. İşçiləri SƏTƏMM mövzularında təlim keçmək bacarığı.
  • Potensial təhlükələri müəyyən etmək, hadisələri araşdırmaq və effektiv düzəldici tədbirləri müəyyən etmək üçün analitik düşünmə bacarığı.
  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmə bacarığı;
  • Azərbaycan, İngilis sərbəst ünsiyyət və yazışma bacarığı.

Vakansiya haqqında

Son tarix

November 19, 2025

Paylaşılıb

oktyabr 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər

Oxşar vakansiyalar